SON DƏQİQƏ

PressDent.Info

Yardımlı inkişaf dövrünü yaşayır

Yardımlı inkişaf dövrünü yaşayır
28-08-2020, 10:49 117624 dəfə baxılıb

İnkişaf dinamikası getdikcə daha sürətli xarakter almağa başlayan Azərbaycan sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri davamlı olaraq genişləndirməkdədir. Bu hal artıq tərəqqi templəri yüksək sürət üzərində qurulmuş regionlarda da özünü qabarıq formada büruzə verməkdədir. Qeyd olunanların real təsdiqini Yardımlı rayonunun əldə etdiyi nəticələr fonunda da görmək mümkündür.

 Ötən ilin sosial-iqtisadi yekunları da uğurlu nəticədən xəbər verir. Ucqar dağ rayonu olan Yardımlı bu gün özünün dinamik inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində rayonda aparılan abadlıq-quruculuq və tikinti işləri nəticəsində Yardımlı rayonu öz simasını tamamilə dəyişib.

 Son illərdə Yardımlı rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb, bir sıra sosialyönümlü obyektlər istifadəyə verilib, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, abadlıq-quruculuq işləri genişlənib. Yardımlı rayonu demək olar ki, əsl tikinti meydançasına çevrilib. Yollar, səkilər və küçələr genişləndirilib, istinad divarları yenilənib, rayonun ucqar kəndlərində yeni məktəblərin və uşaq bağçalarının, şəhərdə idarə və təşkilatların inzibati binalarının tikintisi və digər abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bu dinamik tərəqqini şərtləndirən əsas səbəblərdən biri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin digər bölgələri kimi Yardımlıya da xüsusi diqqət və qayğı göstərməsidir. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsgərov Ayaz Nəriman oğlu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Əsgərov Ayaz Nəriman oğlu Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildiyi dövürdən bu günə kimi on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olan vəsətlə Yardımlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilib. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsaitin bir hissəsi ucqar dağ kəndlərinə gedən yolların bərpasına, yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilməsinə və sovet dövründən qalan bir sıra sosial problemlərin həllinə sərf edilmişdir.Ötən il də rayonun tərəqqisində böyük nailiyyətlər qeydə alınıb.

 Məlumat üçün onu da bildirək ki, rayonda bütün sahələrlə yanaşı yolların təmiri istiqamətində də bir sıra uğurlar əldə olunub. Rayon 44 saylı Yol istismar idarəsinin işçi qüvvəsindən və texnikalarından da istifadə etməklə ümumilikdə, 41 km-ə yaxın yol çınqıl örtüklə təmir olunub, 19 km yol isə eni 6 metr olmaqla genişləndirilib. Uzunluğu 3 km olan Yardımlı-Ostayir kənd yolunun yenidən təmiri işlərinə başlanılıb. Rayon icra hakimiyyəti və Urakəran bələdiyyəsinin birgə köməkliyi ilə əhalisinin sayı 6000 nəfər olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr, uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilib. Kəndin digər körpüsü təmir olunub. Bundan əlavə olaraq Teşkan kəndində yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilib. Horavar və Sırıq kəndləri arasında, Viləş çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə yaxın vaxtlarda başlanılacaq.

 Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb və işlər davam etdirilir. Su çəkilişi başa çatdırıldıqdan sonra əhalisinin sayı 7050 nəfər olan Yardımlı şəhər sakinləri 24 saat içməli su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Rayon icra hakimiyyəti və "Azərsu” ASC-nin təşəbbüsü ilə rayonun Odrağaran və Alçabulaq kəndlərində artezian quyuları qazılmışdır. Əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə işməli su çəkilişi üçün layihə hazırlanıb və bu istiqamətdə "Azərsu” ASC ilə danışıqlar aparılıb. Rayon İcra Hakimiyyəti, inzibati ərazi dairələr üzrə nümayəndəliklər və bələdiyyələrin birgə köməkliyi ilə rayonun Gərsava, Vərgədüz, Bilnə, Bərcan, Ərus, Anzov, Şıxhüseyinli, Peştəsər, Yolocaq, Şəfəqli, Cerinbel kəndlərində bulaqlar tikilib və təmir edilib. İçməli sudan əziyyət çəkən Bilnə kəndinə yeni su xətti çəkilib və kənd əhalisinin içməli suya olan tələbatı həll olub. Tikinti-abadlıq işləri fonunda Yardımlı şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün yeni binanın, Heydər Əliyev Mərkəzinin, Rayon Polis Şöbəsinin, Dövlət Statistika İdarəsinin rayon şöbəsinin inzibati binası üçün yeni binaların tikintisi davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində mühüm infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu da Yardımlının simasının daha da gözəlləşməsinə gətirib çıxaracaq. Digər sahələr üzrə də rayonda sürətli tərəqqi yaşanmaqdadır.

 Rayon İcra başçısınnın rayonda gördüyü fədakar əməyinin bəhrəsini gələcək nəsillərədə bir miras kimi qalacağına inanaraq Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Ayaz Nəriman oğluna işinlərində uğurlar arzulayırıq,

 

 Şahamar Şərdabi

 

 

 

 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ