SON DƏQİQƏ

PressDent.Info

Turan Bankın Zabratda yerləşən ödəmə məntəqəsində kütləvi qanusuzluq.

Turan Bankın Zabratda yerləşən ödəmə məntəqəsində kütləvi qanusuzluq.
27-08-2020, 15:44 122496 dəfə baxılıb

Bu gün texniki baxış məntəqəsində olan xususi müxbirimiz Cəmil Hacıyev bildirir ki, Turan Bankın Zabratda yerləşən ödəmə məntəqəsində ciddi qanunsuzluqlar baş vermişdir. Beləki, bankın işçiləri texniki baxış görə 30 manat 40 qəpik pul alır, sistemin işləmədiyini behanə getirir, köhnə tarixə başqa adamların adına olan qəbzləri təqdim edirlər. Belə hallar kütləvi surətdə olmaqla dövlət büdcəsinə ödəmədən yayınma halları mövcud olmuşdur. Bu barədə Turan banka və DİN 102 xidmıtinə vətəndaşlar və şəxsən mən özüm şikayət etsəmdə hələdə heç bir tədbir görülmür. Məbləq isə 100 000 bəlkədə milyonlarla ölçülə bilər. Bankın məsul işcisi Zaur Səfərov bu halların qanun pozuntusu olduğunu  etiraf edir və qəbul edir ki, vətndaşlara 3 nüsxədə və öz adlarına  qəbz təqdim olunmalıdır. Amma problem həll olunmamış qalmaqdadır. Turan bank kütləvi surətdə korrupsiya herkətlərinə yol verməkdədir. DİN texniki baxış heyata keçirən əməkdaşlarıda bu qanunsuzluqun davam etməsində maraq tərəf kimi görünür. 
Buna etiraz edən vetəndaşları bank işçiləri hədələməklə məşqul idilər. Bank işcilərinin üzərində tanınma nişanları yox idi və özlərini teqdim etməkdən boyun qaçırırdılar. Buna etiraz edən vətəndaşlara bir cavab verilirdi: " Get kimə deyirsen de, nə edirsən et."
Hadisədə  aydiyyatı olan bütün tərədlərin mövqeyini dərc etməyəkdə maraqlıyıq. Məsələni diqqətdə saxlayacaqıq. 

 

Ardı var..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ