SON DƏQİQƏ

PressDent.Info

Zərdab rayon Yol İstismar İdarəsinin uğurları

Zərdab rayon Yol İstismar İdarəsinin uğurları
24-08-2020, 06:25 149988 dəfə baxılıb

Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Zərdab Rayon Yol İstismar İdarəsinin rəisi Elman Cavadlı belə insanlardandır.
Elman Cavadlı hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Elman müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Elman müəllim işlədiyi Zərdab Rayon Yol İstismar İdarəsinidə qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Elman müəllimin zəhməti sayəsində başa gəlib.
Bizdə bu çətin və şərəfli işində Elman müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Zərdab Rayon Yol İstismar İdarəsinin rəisi Elman Cavadlının uğurlu xidmətləri sayəsində Zərdab rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Zərdab rayonunda da uğurla davam etdirilir.
Elman Cavadlının rəhbərliyi ilə Zərdab rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Elman müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Elman Cavadlının güclü idarəetmə bacarığı sayəsində Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Elman Cavadlının kollektivi Zərdabda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Zərdab sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
Zərdab rayon Yol İstismar İdarəsinin uğurları göz qabağındadır

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ