SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Baş Muğan Kanalını özəlləşdirən Mirqoca Mirişov... - İTDİHAM

Baş Muğan Kanalını özəlləşdirən Mirqoca Mirişov... - İTDİHAM
26-07-2020, 16:06 152946 dəfə baxılıb

İmişli rayonu, Qulubəyli kənd sakini Qalib Nağıyev Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun korrupsiya əməlləri ilə bağlı redaksiyamıza müraciət ünbvanlayıb.
Şikayətçi Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun 30 - il ərzində saxta sənədlərlə dövlətdən milyonlar mənimsədiyini və şəxsi biznesini
inkişaf etdirdiyini bildirir.
“ Rəis Mirqoca Mirişov Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin balansında olan Baş Muğan kanalının mühafizə zolağında ikinci ticarət obyektini tikməyə başlayıb.Hazırda istifadədə olan birinci obyekt 2015-ci ildə inşa olunmuşdur.
Hər iki ticarət obyekti eyni zamanda Azəravtoyol ASC-nin balansında olan Hacıqabul-Bəhramtəpə avtomobil yolunun mühafizə zolağında yerləşir.
Rəis Mirqoca Mirişovun qanunazidd əməllərini müdafiə edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında İmişli rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edib Qulubəyli kəndinə yaxın ərazidən , dövlət fonduna aid torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 192.0 kv.metr tikintialtı torpaq sahəsi ayrılmasını xahiş etmişdim.
Maddi cəhətdən ailə vəziyyətimin qənaətbəxş vəziyyətdə olmaması nəzərə alınaraq kömək məqsədilə torpaq sahəsinin ayrılması baradə olan ərizəsi nəzərə alınaraq torpaq sahəsinin eskiz layihəsi hazırlanıb qeyd edilən torpaq sahəsinin Plan-Ölçü sənədlərinin hazırlanması və müvafiq rəyin verilməsinə kömək olunmasına görə İmişli rayon İcra Hakimiyyəti 22 iyun, 2018-ci il tarixli, 4/469 saylı rəsmi məktubla Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmişdim.
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mahuma Heraçiyevin 11 mart, 2019-cu il tarixli, 190820300771 saylı məktunu ilə qeyd edilən 192.0 kv.m torpaq sahəsinin icarəyə verilməsinə razılıq ifadə edilib.
Mənə verilməsi nəzərdə tutulan 192.0 torpaq sahəsinin Yerquruluşu Planı hazırlanaraq İmişli rayon İcra Hakimiyyətinin , Daşınmaz Əmlakın Kadastoru və Ünvan Reyestri Xidməti Kadastor və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin, Ə.M.D.K.-nın Beyləqan Ərazi İdarəsinin rəhbərlərinin imzası və möhürləri ilə təsdiq olundu.
İmişli RİH-nin 08 aprel, 2019-cu il tarixli, 60 saylı sərəncamı ilə 192.0 kv.m torpaq sahəsi mənə ayrılıb verildi.
Həmin sərəncama əsasən 08 - aprel, 2019 - cu il tarixli, 16 - saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında uzunmüddətli icarə müqaviləsi bağlandı.
12 - iyun, 2019 - cu il tarixdə Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun göstərişinə əsasən idarənin əməkdaşları tikəcəyim obyektin Baş Muğan Kanalının mühafizə zolağına düşdüyünü əsas gətirərək tikintinin dayandırılmasını tələb ediblər.Və barəsində akt tərtib etdilər.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hüquqşünasları 13 - sentyabr, 2019 - cu il tarixdə həmin akt əsasında İmişli Rayon Məhkəməsinə müraciət etdilər.
Beləliklə fundamental işlər aparsa da tikinti işləri dayandırıldı.
Necə olur ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalının mühafizə zolağında 2015 - ci ildən obyektlər tikir, ancaq digər tikintilərə qadağa qoyur.
Məntiqlə fikirləşmək olar ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalını özəlləşdirib.
Cənab prezident çıxışlarında heç kimin xüsusi statusu olmadığını bildirib. Mirqoca Mirişovu digər vətəndaşları fərqləndirən hansı özəllikləri var?

Qeyd edək ki, Mirqoca Mirişov dövlət məmuru kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan olsa da, şəxsi ferması, şəxsi dükanları, dəb – dəbəli maşınları, Bakı şəhərində birneçə evləri və dəbdəbəli villaları var. Nəvələri xarici ölkələrdə pullu təhsil alır. Bu dövlət məmuru yalanız rus qazetləri oxuyur. Azərbaycan mətbuatı ilə heç maraqlanmır. Belə bir şəxsin belə bir posta nə işi olduğunu hələdə bizə qaranlıq qalır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ