SON DƏQİQƏ

PressDent.Info

Qaxın yolu və Mirzəbəyov pandemiyası

Qaxın yolu və Mirzəbəyov pandemiyası
18-07-2020, 17:02 275181 dəfə baxılıb

Rayonda 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd müəllimin «boğazı yağlanmadan» torpaq üzərinə bir qarış asfalt döşəmək qadağan edilib. 


Azərbaycanın turizm üçün əlverişli rayonlarından olan Qaxda durum ürəkaçan hesab olunmur. Əhməd Əhmədzadənin nəzarətində olan və qohumları tərəfindən idarə olunan rayonda büdcə vəsaitlərinin göyə sovrulduğu, mənimsənildiyi də kimsəyə sirr deyil. 

Rayonun təbii imkanları da yetərli qədər istismar olunmaqdadır. Hətta iş o yerə çatıb ki, İlisu şəlaləsinin qurumaq təhlükəsi yaranıb. Çünki Əhmədzadələr bu şəlalənin ətrafındakı bütün qayalıqları uçuraraq, ondan xırda daşlar kəsdirib, həyətlərinə döşəmə kimi vurdururlar. Bəzi məlumatlara görə, bu dağıntılar şəlalənin ya yatağını dəyişdirəcək, ya da qurumasına gətirib çıxaracaq. 

Rayonun əsas problemlərindən biri də yolla bağlıdır. Düzdür, dövlət büdcəsindən bu məqsədlə kifayət qədər pul ayrılıb. Hərçənd Qax rayonu da elə böyük deyil və onun yollarını çəkib, başa çatdırmaq da uzunmüddət vaxt tələb etmir.
Külli aləmin bildiyi bu məsələni neçə illərdir 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyova izah etmək qeyri-mümkünə çevrilib. Çünki deyilənlər qəti şəkildə sərf eləmir. 


Elə bu səbəbdəndir ki, Qax rayonunda yol problemləri həll olunmur. Məsələn, ötən il döşənmiş asfaltın bir il sonra yenidən təmirə dayandırılması həmin qəbildən olan məsələlərdəndir. Əhməd Mirzəbəyovun pul qazanmaq üçün düşündüyü planı hazırda da yüksək səviyyədə işləyir. 


Qeyd edək ki, Əhməd Mirzəbəyov Qaxın Əmircanlı kəndindəndir. Bu kənd özünün qonaqpərvərliyi, mərdliyi ilə seçildiyi qədər, ambisiyaları, monolitliyi və aqressivliyi ilə də tanınır. Bu kənddə kimin qonaq olmasından asılı olmayaraq, yalnız özünküləri başda otura bilərlər. Düzdür, gələn qonağa zərrəcə sayğısızlıq edilməz, hörməti saxlanılar. Amma yenə də özlərindən önə buraxmazlar. 


Bundan başqa, Əmircanlı kəndinin sakinləri bir vəzifəyə keçdikləri təqdirdə, mütləqdir ki, digərlərini də özləriylə aparsınlar. Təbii ki, bu da mahiyyətcə pis xarakter deyil. Amma bir çox hallarda zərər verici tərəfləriylə də diqqəti çəkir. 

 

Qayıdaq Əhməd Mirzəbəyov cənablarının fəaliyyətinə. Bu 16 saylı Yol İstismar İdarəsinin rəisi ambisiyalarına görə, həddən ziyadə diqqət çəkən biridir. Onun mətbuata məlumatlar ötürməsi də daha qabarıq şəkildə diqqəti çəkmək istəyindən irəli gəlir. Həmçinin mətbuat orqanlarında özüylə bağlı tərifli yazılar yazdırmaq şakəri də var. Ki, bu da onun özünü gözə soxmaq cəhdlərindən biridir. 

Əhməd Mirzəbəyov hər nə qədər özünü təriflətdirsə də, Qaxda onunla bağlı düşüncələr tamam fərqlidir. İnsanların ondan yol istədiyi vaxtlarda, bu adam başqa mətləblərdən danışıb, onları başından etməyə çalışır. Çünki hər hansı bir kəndə yol çəkilməsi üçün büdcədən pulun ayrılması yetərli deyil. Bu zaman Mirzəbəyov qaydalarına da riyayət etmək lazımdır. Məsələn, kənd sakinləri mütləqdir ki, pul yığıb, ona versinlər. Yəni, kənd əhalisinin sayından asılı olaraq məbləğ müəyyən edilir və həmin pul yığılıb idarə rəisinə verilir, o da büdcənin puluyla yol çəkir. 


Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ