SON DƏQİQƏ

PressDent.Info

Bakı-Sumqayıt dəmir yolu ətrafında yaşayan köçkünlər köçürüldü

Bakı-Sumqayıt dəmir yolu ətrafında yaşayan köçkünlər köçürüldü
19-08-2015, 15:35 27463 dəfə baxılıb

Bakı-Sumqayıt dəmir yolu xətti ətrafında xeyli sayda qanunsuz tikililərdə məskunlaşmış məcburi köçkünlər artıq ərazidən köçürülüblər.
 
Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
 
Onun sözlərinə görə, hazırda ərazidə ancaq iki ailə qalıb və onlar kompensasiya alaraq, yaxın günlərdə ərazini tərk edəcəklər.
 
Xatırladaq ki, avqustun əvvəlində qurumun rəhbərliyi dəmir yollarının ətrafında qanunsuz inşa olunan tikililərin sayının həddindən artıq çox olduğunu və yeni qeydiyyata alınmadan sonra bütün sənədlərin hökumətə təqdim olunacağını bildirmişdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ