SON DƏQİQƏ

PressDent.Info

"Bilsəydim ki, başıma bu dəhşətli hadisə gələcək..." - Günel - FOTOLAR

21-08-2018, 13:44 2784 dəfə baxılıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədovadan yeni xəbər var.
Aktrisa "Ata ocağı" serialının yeni mövsümdə efirə gedəcək bölümlərində baş rollardan birini ifa edəcək.

Günel Məmmədova bununla bağlı saytımıza özəl açıqlama verib:

"Serialın rejissoru zəng edib dedi ki, bir obraz var və istəyirəm ki, onu məhz sən canlandırasan. Çox peşəkar komandadır. Düşünürəm ki, əl-ələ verib çox gözəl iş ərsəyə gətirəcəyik. Çəkilişlərimiz dünəndən başlayıb. Hələ ki, obraz haqqında ətraflı danışa bilmərəm, amma ümumilikdə müsbət bir roldur, çox dərin qatları var. Çox maraqlı hadisələr baş verəcək və deyəcəyəm ki, "Bilsəydim ki, başıma bu dəhşətli hadisə gələcək heç filan şeyi etməzdim". Serialda əziyyəti keçən ssenarist Valeh Əhmədovun, rejissor Rüfət Şahbazovun, prodüser Amiran Babayevin və baş prodüser İslam bəyin adlarını xüsusi ilə qeyd etməliyəm. Rüfətə təşəkkür edirəm ki, bu obrazı məhz mənə həvalə etdi". 

Aktrisa çəkildiyi "Qış nağılı" filmindən də danışmağı unutmayıb: 

"Adından da bəllidir ki, film nağıl kimidir. Ekran işinin rejissoru Cəfər Axundzadədir. Obrazım da çox maraqlıdır. Varlı kişinin həyat yoldaşıyam, ərimi Murad Dadaşov oynayır. Baxmayaraq ki, mənim pulum var, ərimdən fərqli olaraq, insanlığımı qoruyub saxlamışam, insani hisslərimi pula satmamışam. Obrazım çalışır ki, ərini düz yola çəksin, amma alınmır. Sonda isə bir sehrli hava şarı vasitəsi ilə həyat yoldaşım mənfilikdən, qeyri-insanlıqdan normal və mərhəmətli insana çevrilir. Onu da qeyd edim ki, Azərbaycanda Yeni il mövzusunda çox az film var. Ümid edirəm ki, tamaşaçılar filmi çox bəyənəcəklər. "Qış nağılı"nın premyerası dekabr ayında olacaq".



 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ