SON DƏQİQƏ

PressDent.Info

Xərçəngdən əziyyət çəkən aparıcı gözəlliyi ilə heyran etdi - FOTO

Xərçəngdən əziyyət çəkən aparıcı gözəlliyi ilə heyran etdi - FOTO
25-07-2018, 18:05 8091 dəfə baxılıb

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova yeni fotosessiya etdirib.

 

“Mən sizinləyəm!” adlanan fotosesiya məhz onkoloji xəstəlıklərdən əziyyət çəkən xanımlara dəstək olmaq üçün nəzərdə tutulub.

Kimyaterapiya öncəsi saçını qırxdıran ATV-nin "Qanunla biz" verilişinin aparıcısı fotolarda gözəlliyi ilə heyran edib. O, bu bəlaya düçar olan xanımlara səslənərək belə deyib:
 
"Əziz xanımlar, inanın ki, siz hər halınızla gözəlsiz. Yetər ki, buna daxilən inanın və o gözəlliyi qorumaq üçün özünüzdə güc tapın. Gorəcəksiniz ki, doğrudan da hər şey gözəldi. Məhz bu layihə ilə mən demək istəyirəm ki, sizdən biriyəm və sizinləyəm. Bu layihəni həyata keçirməkdə mənimlə bərabər olan hər kəsə təşəkkür edirəm".









 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ