SON DƏQİQƏ

PressDent.Info

Hindistanlı qadınlar ilk dəfə ailələri ilə birgə yemək yeyirlər FOTO

Hindistanlı qadınlar ilk dəfə ailələri ilə birgə yemək yeyirlər FOTO
12-09-2017, 19:28 4959 dəfə baxılıb

Damor ailəsi artıq bütün yeməkləri birlikdə yeyir. Yeməklər ailələri bir araya gətirməyin bir yoludur.

Lakin ənənəvi olaraq, Hindistanda birgə süfrəyə oturmaq təşviq olunmayıb.

Əvvəlcə kişilər və uşaqlara yemək verilir, yalnız sonra qadınlar yemək üçün otura bilərlər.

Lakin milyonlarla kasıb ailələrdə bu vərdiş gözlənilməz nəticələrə yol açıb – qadınların yaxşı qidalanmamasına.

İndi kampaniya iştirakçıları qadınları sonra yemək əvəzinə, ailələri ilə birgə yeməyə çağırır və onlar deyir ki, nəticələr çox ürəkaçandır.

Bu vərdişin harada və nə vaxt başladığını heç kim bilmir, amma patriarxiyanın digər hər bir simvolu kimi bu da insanların psixikasında dərin kök salıb.

Mən uşaq olarkən, bizim evimizdə anam, nənəm, xalalarım və qadın qohumlarımız yemək hazırlayıb, qulluq edirdilər, ancaq özləri ən sonda yeməyə otururdular.

İyerarxiyada tanrılar öncə gəlirdi- yemək hazır olan kimi, bütün yeməklərdən bir balaca porsiya onlara təqdim olunurdu.

Mənim Brahmin evimdə hətta inək insanlardan əvvəl yeyirdi, babam yeməyə oturanda, ortasına yarpaq qoyulmuş kiçik, qalın çörəyin içinə hər yeməkdən qoyurdu.

O, yeməyə yalnız bizdən biri inəyi yemlədikdən sonra başlayırdı. Bu pilləli şəkildə yemək qaydası bəzən evdə kiçik bir gərginliyə gətirib çıxarırdı-əgər kişilər yemək vaxtına gec qalırdılarsa bu o demək idi ki, qadınlar bir xeyli vaxt gözləməli olacaqdılar.

Nə qədər ac olsalar da, gözləməli idilər.

Manshu Damor chopping vegetablesImage captionManşu Damor tərəvəzləri kəsməkdə də kömək edirManshu Damor chopping vegetablesImage captionYerli şəraitdə yetişdirilən yarpaqlı bitkilər qida maddələri baxımından zəngindir

Bir çox ailələrdə çox gigiyenik olmayan bir vərdiş var idi – qadınlar ərlərinin yuyulmamış boşqablarında yeyirdilər.

Kimsə bunun niyə baş verdiyinə izah tələb etsəydi, deyəcəkdilər ki, bu əsrlər boyu baş verən, adət-ənənəyə uyğun olan bir şeydir.

Baxmayaraq ki, şəhərlərdə yaşayan, təhsilli və işgüzar qadınların istədiyi kimi yemələri geniş yayılmışdı, xüsusilə kənd yerlərində isə, qadınların sonuncu yemək adəti davam edir.

Kasıb, kənd ailələrində bunun nəticəsi olaraq qadınlar və uşaqlar ərzaqsız qalırlar.

Bizim ailəmiz istisna deyildi- ölkə boyunca yaşayan insanlar kimi mənim qonşularım da bizim kimi yeyirdilər.

Manshu Damor's daughter-in-law KarmaImage captionKarma, Manshu Damor-un gəlini evdə yeməklərin çoxunu hazırlayırMaking breadImage captionKampaniya iştirakçıları daha sağlam olduğunu iddia edərək yerli şəraitdə yetişdirilən qaba taxılların istifadə olunmasını təşviq edirlər

Xanım Misha deyir ki, 2015-ci ilin mart ayında ştatın Bansvara və Sirohi bölgələrindən olan 403 kasıb qəbilə qadınları ilə aparılan sorğu “eyni evdə ərzaq təhlükəsizliyi olan və olmayan insanlar olduğunu “göstərdi.

Bansvaradakı RNP layihə meneceri Rohit Samariya BBC-ə bildirib ki, Kişilər deyir ki, biz işə, uşaqlar isə məktəbə gedir buna görə də, əvvəlcə biz yeməliyik.

“Biz qadınların sözün əsl mənasında çəlləyin dibini sıyırdıqlarına diqqət çəkmək və kişilərin və qadınların boşqablarının necə göründüyünü nümayiş etdirmək üçün boşqablar yaratdıq”- deyə o əlavə edib.

Bu vərdişi pozmaq üçün, qrup çox sadə lakin qeyri-adi bir strategiya təklif edib -ailələri birgə yeməyə təşviq etmək.

Onların iki illik layihəsi bu yaxınlarda sona çatıb və bu layihənin kənd ictimaiyyətinə olan təsirini ölçmək üçün, mən Banüaradakı qəbilə dominantlığının mövcud olduğu Ambapara kəndinə səyahət etdim.

cooking vegetablesLunchImage captionAilənin nahar menyusu tərəvəz, mərcimək şorbası və evdə hazırlanan çörəkdən ibarətdir

Mən Manshu Damor-un evinə çatarkən gördüm ki, yoldaşı və gəlini onun arxasındakı mətbəxdə yemək bişirirkən, o da yerli şəraitdə yetişdirilmiş tərəvəzləri doğrayır.

Ailənin nahar menyusu tərəvəz, mərcimək şorbası və evdə hazırlanan çörəkdən ibarətdir.

Ambapara 89 faiz əhalinin hələ də açıq havada təbii ehtiyaclarını gördüyü, uşaq nikahlarının təbii bir hal olduğu, təhsil səviyyəsinin aşağı olduğu və qadınların hələ də kişilərin olduğu yerlərdə üzlərini örtdüyü Hindistanın ən kasıb kəndlərindən biridir.

Belə ki, RNP təşəbbüskarlarının insanlara yeməklərini bir ailə kimi birlikdə yeməklərini təklif etməsi, inqilab etməkdən daha az əhəmiyyətli bir şey deyildi.

Cənab Damor mənə deyirdi ki, o, 35 illik həyat yoldaşı Barju ilə birlikdə heç vaxt yemək yeməyib. Gəlininin onun yanında oturması fikri ağlasığmazdır.

“İnsanlar deyirdilər ki, necə bir qadın öz qayınatasının qarşısında oturub yemək yeyər. Bu həmişə bizim adət-ənənəmizin eleyhinə olan bir fikir olub, beləliklə ilk öncə mən də etiraz etdim. Bu, mənə bir az qəribə gəlirdi”-o deyib.

Cənab Samariya kişilərdən qadınlarla birgə yemək yemeyi xahiş etdikdə deyir ki, “biz onlardan davranışlarını dəyişdirməyi xahiş edirdik”.

Bizim patriarxal cəmiyyətimizdə kişilər qadınların qayğısına qalmırlar. Buna görə də, biz onları cinsiyyət məsələlərində daha həssas olmağa öyrəşdirməliyik.

Ramil Damor (front)Image captionRamila Damor (öndəki) deyir ki, iki il əvvəl ilk dəfə ailəvi şəkildə yemək yeyiblər

Təkcə kişilər deyil, qadınlar da eyni adət-ənənəyə inanırdılar. Lakin bir neçə təkiddən sonra, kəndlilər buna cəhd eləməyə razılaşdılar.

“Yeməkləri mən hazırlasam da, yeməyə oturduğum zaman mənə çox az miqdarda ərzaq qalırdı. Kişilər bütün tərəvəzləri yeyib bitirirdilər, beləliklə mən çörək və duzla kifayətlənməli olurdum. Ancaq indi hamıya bərabər miqdarda ərzaq çatır”, Karma deyir.

Onun qonşusu Ramila Damor deyir ki, onlar ilk dəfə iki il əvvəl ailəvi yemək yeyiblər. “Mən bu barədə eşidəndə, evə getdim, yemək hazırladım və yoldaşıma dedim ki, bundan sonra birlikdə yemək yeyəcəyik. Birgə yemək yemək çox gözel hissdir”-o deyir.

Village menImage captionƏnənəvi olaraq Hindistan ailələrində, kişilərə öncə yemək verilir

Kənddəki bütün qadınlarla danışdım və onlar mənə dedilər ki, ailəvi yemək yemək hamının evində adi bir hal alıb.

May ayında iki illik kampaniyanın sonunda aparılan bir araşdırma sevindirici nəticələr göstərdi- qadınlar arasında ərzaq təhlükəsizliyi iki qat artmışdı.

Uşaqların rifahı analarının sağlamlığı ilə bağlı olduğundan, ərzaq təhlükəsizliyi böyük bir artım göstərdi.

Kampaniyanın təsirləri təkcə qidalanma səviyyəsinin yaxşılaşdırılması ilə məhdudlaşmayıb, digər müsbət dəyişikliklərə də gətirib çıxarıb.

Cənab Damor deyir ki, artıq qızı üzünü təmamilə gizlətmir və örtük istifadə olunmur. Həmçinin o artıq məni Haahoo (qaynata) əvəzinə Ba (ata), mənim yoldaşımı isə, Haaharozi (qaynana) əvəzinə Aaee (ana) çağırır.

Yeməklər ailələri bir araya gətirməyin bir yoludur. Damor ailəsində etdiyi kimi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ