SON DƏQİQƏ

PressDent.Info

Yaxın Şərqin savadlı və savadsız dövlət başçıları:kim hansı sənətin sahibidir? FOTO

Yaxın Şərqin savadlı və savadsız dövlət başçıları:kim hansı sənətin sahibidir? FOTO
10-07-2017, 20:23 8874 dəfə baxılıb

Bu gün Yaxın Şərqdə baş verən siyasi-hərbi proseslərin yaxın onilliklərdə planetin simasını bəlirləyəcəyini desək, zənnimizcə, şişirtməyə varmarıq. Bəs bu qaynar burulğanın mərkəzində duran və təəssüf ki, böyük geopolitik oyunçuların əlaltısı kimi çıxış edən bölgə dövlətlərinin başçıları kimlərdir və necə deyərlər, “qablarında nə var, nə yox?”

Aşağıdakı materialda Yaxın Şərqin bir neçə ölkəsinin rəhbərinin hansı ixtisas sahibi olduğu ilə tanış olun:

Qətər şeyxi Təmim bin Həməd bin Xəlifə əl-Tani – 1997-ci ildə Böyük Britaniyada orta məktəb diplomu alıb, sonra Kral hərbi akademiyasını bitirib. Ərəb dilindən savayı, ingilis və fransız dillərini gözəl bilir.

Bəhreyn kralı Həməd ibn İsa əl-Xəlifə – Altı yaşına çatarkən Bəhreyndə ibtidai məktəbə gedib. Təhsillə yanaşı, Müəqddəs Quranı, dinin əsaslarını və dilləri öyrənib. İbtidai məktəbi əla qiymətlərlə bitirib İngiltərədə Kembricdə orta məktəbə daxil olub. Burada İslamı öyrənməyi davam etdirib, həmçinin ingilis dilini mənimsəyib.

1967-ci ildə Həmpşir qraflığında Mon kadet kollecinə girib və ali təhsili bu cür qazanıb. Bəhreynə döndükdən sonra ölkə müdafiə qüvvələrinin yaradılması üzrə plan hazırlayıb.

1971-ci ildə ABŞ ordusunun Hərbi-komanda məktəbində hərbi təhsil alıb. Kanzas ştatının Azadlıq medalı ilə təltif olunub. Təhsildən asudə vaxtlarında xarici jurnalist ixtisası üzrə ikinci təhsil də alıb. 1972-ci ildə təhsili başa vuraraq “Baş Qərargah rəhbəri” ixtisası əldə edib və ABŞ fəxri hərbi attestatı ilə təltif olunub. Onun adı universitetin ən yaxşı zabitləri fəxri lövhəsində yazılıb.

Misir prezidenti Əbdülfəttah Xəlil əs-Sisi – 1977-ci ildə Hərbi akademiyanı bitirib və piyada qoşunlarında qulluq edib.

Kral Salman ibn-Əbdüləziz əl-Səud – İbtidai təhsili Ər-Riyadda kral Əbdüləziz ibn-Səudun dinin əsasları, Müqəddəs Quran və müasir elmlərin öyrənilməsində öz uşaqları üçün yaratdığı məktəbdə alıb. Müəssisəyə vaiz və məscid imamı şeyx Abdulla əl-Həyat rəhbərlik edib.

Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah – Mübarəkiyyə məktəbində təhsil alıb. Atası şeyx Əhməd əl-Cabir əs-Sabah oğlunu təhsil, təcrübə və siyasi vərdişlər əldə etmək üçün Avropa və Asiyanın bir sıra ölkələrinə göndərib.

BƏƏ prezidenti Xəlifə ibn-Zəyd əl-Nəhəyyan – əl-Əyn şəhərində əl-Nəymiən məktəbində ibtidai təhsil alıb.

Suriya prezidenti Bəşər əl-Əsəd – İbtidai və orta təhsili Dəməşqdə alıb, sonra təbabəti öyrənib və 1988-ci ildə həkim diplomu əldə edib. Bir müddət Tişrində hərbi hospitalda çalışıb, 1992-ci ildə isə oftalmoloq ixtisası qazanmaq üçün Böyük Britaniyaya yollanıb. 1994-cü ildə ölkəyə dönüb və ölkədə informasiya fəaliyyəti ilə məşğul olan Suriya elm cəmiyyətinin sədri təyin edilib. Ərəb dilindən başqa ingilis, fransız və ispan dillərini sərbəst bilir. 1999-cu ildə polkovnik rütbəsi alıb.

Oman əmiri Kabus bin Səid əl-Səid – İbtidai və orta təhsili Sələldə alıb. Atası onu 1958-ci ilin sentyabrında İngiltərəyə göndərib ki, Saffolk özəl məktəbində təhsilini davam etdirsin. 1960-cı ildə Sandherstdə Kral hərbi akademiyasına daxil olub və buranı leytenat rütbəsində bitirib. Tezliklə Almaniyada qulluq edən batalyonlardan birinə qoşularaq bu ölkədə altı ay xidmət edib.

İordaniya kralı II Abdulla Hüseyn əl-Haşimi – İbtidai təhsili 1966-cı ildə Əmmanda İslam kollecində alıb, sonra təhsilini İngiltərədə Müqəddəs Edmund və İqlbruk məktəblərində və ABŞ-da Dirfild akademiyasında davam etdirib. 1980-ci ildə Böyük Britaniyada Kral hərbi akademiyasına girib və burada tezliklə kral kavaleriyasına qoşulub. Bir ildən sonra ikinci dərəcəli leytenant rütbəsi alıb. 1987-ci ildə ABŞ-da Corctaun universitetinin diplomatiya məktəbində magistraturanı bitirib.

Mərakeş kralı VI Muhəmməd bin əl-Həsən – Atası onu dörd yaşında Rabatda saray nəzdindəki Quran məktəbinə təhsil almağa göndərib. İbtidai təhsili “Midiya” məktəbində, orta təhsili isə “Muləvi” institutunda alıb. 1981-ci ilin iyununda bakalavr dərəcəsi alıb və Rabatdakı V Muhəmməd universitetində hüquq, iqtisad və sosial elmlər fakültəsində təhsilini davam etdirib. 1985-ci ildə “Ərəb-Afrika birliyi və beynəlxalq münasibətlər sahəsində Krallığın strategiyası” adlı əsərə görə mükafat alıb. 1993-cü ildə Fransanın Nissa universitetində “Avropa Birliyi və Məğrib ölkələrinin əməkdaşlığı” mövzusunda doktorluq işi müdafiə edib.

Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir – 1967-ci ildə Sudan hərbi akademiyasını bitirib. 1981-ci ildə komanda və idarəçilik universitetində hərb elmləri magistr dərəcəsi alıb. 1987-ci ildə Sudan EA-nın üzvü olub.

Əlcəzair prezidenti Əbdüləziz Buteflika – Orta məktəbi bitiridikdən sonra 1956-cı ildə 19 yaşında Əlcəzair milli-azadlıq ordusu sıralarına daxil olub.

Tunis prezidenti Bəci Qaid əs-Səbsi – Tunisdə Sadiklər institutuna girib, 1948-ci ildə Dijonda bakalavrlığın ikinci dərəcəsini bitirib. Hüquqşünaslıq sahəsində təhsili davam etdirmək üçün 1949-cu ildə Parisə gedib. 1952-ci ildə universiteti qurtarandan sonra vətənə dönüb.

Fələstin prezidenti Mahmud Abbas – Orta təhsili Suriyada alıb, elə Dəməçqdə də universitet bitirib. Sonra Qahirə universitetinin hüquqşünaslıq fakülətsinə daxil olub. 1982-ci ildə Rusiyada Moskva Xalqlar Dostluğu universitetində politologiya sahəsində ali təhsil alıb, elə həmin il “Nasist Almaniyası və sionçu hərəkat arasında gizli münasibətlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Mavritaniya prezidenti Muhəmməd Əbdüləziz – Mavritaniyada hazırlıq təlimi keçib və Mərakeşə göndərilib. Zabit çatışmazlığı üzündən Mavritaniya hökumətinin xahişi ilə Hərbi Akademiyaya girib. Sonralar mexanik zabit ixtisası üzrə Məknəs Hərbi Akademiyasını bitirib.

İraq prezidenti Guad Məsum Həvrami – 18 yaşına qədər İraqın şimalında dini təhsil alıb, sonra isə təhsilini başa vurmaq və əl-Əhzər universitetində islam elmləri sahəsində magistr dərəcəsi almaq üçün Qahirəyə gedib. Sonralar islam elmləri sahəsində magistr dərəcəsi və fəlsəfə doktoru adı alıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ