SON DƏQİQƏ

PressDent.Info

Bundan sonrakı şəkil hər kəsi dəhşətə gətirib - FOTOLAR

Bundan sonrakı şəkil hər kəsi dəhşətə gətirib - FOTOLAR
15-04-2016, 18:37 57594 dəfə baxılıb

Bir müddət əvvəl internetdə balaca bir qızcığazın fotosu paylaşıldı. Bu foto bir anda  on minlərlə bəyənilmə aldı və paylaşıldı. Bu fotonun acı hekəyəsi barədə məlumat verəcəyik.
 
Ürək dağlayan fotonun müəllifi  alman fotorepartyor Rene Şulqovdur (Rene Schullhoff).
 
Bir müddət əvvəl o, İordaniyada Qırmızı Xaç missiyasının tərkibində paytaxt Ammanın 60 km-də yerləşən suriyalı qaçqınların  düşərgəsini ziyarət edib.
 
 
Fotoqrafın diqqətini küçədə qayğısızcasına gülərək keçən qızcığaz cəlb edib.
 
 
Rene bu şirin uşağı çəkmək üçün fotoaparatı çıxardıb.
 
 
Ancaq texnika  tamam başqa bir rəsmi yaddaşa köçürüb…
 
 
 
«Məni görən kimi qızcığazın bir anda üzü dəyişdi. Üzdəki gülüşü dəhşət, ümidsizlik və mərhəmət üçün lal yalvarış əvəz elədi. Qızcığaz  reflektiv olaraq təslim işarəsi kimi əlini havaya qaldırdı. Sən demə, qızcığaz mənim fotoaparatımı özünə yönələn silah kimi qəbul edibmiş», - deyə Rene Şulqov baş verənləri anladır.
 
Bir neçə gündən sonra Nadia Abu Şaban adlı Tvitter istifadəçisi öz abunəçiləri ilə oxşar şəkili bölüşüb.
 
Bu məsum körpələrin nələr yaşadığını düşünmək belə çətindir.
 
Yeri gəlmişkən, UNİCEF-in məlumatına görə, dünyada 7 yaşına çatmamış 86,7 milyondan çox uşaq bütün həyatlarını müharibə şəraitində keçirib...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ