SON DƏQİQƏ

PressDent.Info

Buranın hara olduğunu biləndə, inanmayacaqsınız...FOTO

Buranın hara olduğunu biləndə, inanmayacaqsınız...FOTO
28-02-2016, 21:10 49938 dəfə baxılıb

Rumıniyanın  Sapanta şəhəri turistlərin sevimli məkanlarından biridir. Buranın əsas görməli yeri isə… qəbiristanlıqdır. Məzarlıqda qəbir daşlarının üsütndə maraqlı şəkillər və zarafayana yazılmış ibarələr olur. 
 
  
 
Əzizlərinin qəbirlərini  belə qeyri-standart bəzəyin tarixi isə 1935-ci ilə gedir. Məhz həmin vaxt yerli dülgər Stan İoan Petraş vəfat etmiş həyat yoldaşı üçün qeyri-abi abidə hazırlayır.
 
 
Al-əlvan qəbir daşı əvvəlcə birmənalı qarşılanmasa da, sakinləin çoxunun xoşuna gəlir. Buna görə də  Stan  Petraşın çoxlu sifarişçiləri olur.
 
 
Hətta Rumın dilini bilmədikdə belə, şəkillərə baxaraq  vəfat edən şəxsin sağlığında kim olduğunu – hüquq mühafizəçi, traktorçu, yaxud müəllim  - anlamaq olur.
 
 
Bundan əlavə, qəbir daşlarının üzərində maraqlı yazıları oxumaqla da saatlarla qəbiristanlıqda vaxt keçirmək olar.
 
 
 
Bəzən qəbirin üstündə ölüm səbəbi yazılır.
 
 
Məsələn, bura belə yazılıb: «Araq – təmiz zəhərdir. O, göz yaşları və işkəncə gətirir. Mənə də badalaq gəldi – ölüm jətirdi. Araq kimin xoşuna gəlirsə, bu onun da başına gələcək. Mən araq içirdim və eləmdə araqla da öldüm».
 
 
Bəzi qəbir daşları da var ki, üzəri açıq-aşkar qara yumorla yazılıb. Məsələn qəbir daşlarının birinin üstündə oxuyursan: «Burada qaynanam yatır. Bir il də geciksəydi, burda mən yatacaqdım».
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ