SON DƏQİQƏ

PressDent.Info

2015-ci ilin insanlığa ümid verən FOTOLARI

2015-ci ilin insanlığa ümid verən FOTOLARI
7-01-2016, 14:54 110925 dəfə baxılıb

2015-ci il hər cəhətdə bütün dünyada müharibələr, qırğınlar, devalvasiyalarla  yadda qalan ağır bir il oldu. Lakin  hesab edirik, ki, təkcə pis hadisələr üzərində köklənmək lazım deyil, əksinə insanların bacara biləcəyi yaxşılıqlara diqqət çəkməlidir. Bu gün Sizlərə hər gün başımıza gələn insanlıq nümaunələrindən kadrlar təqdim edəcəyik. Sadəcə görmək lazımdır. 
 
Kadiocərrah ürək əməlliyatından qorxan qızı sakitləşdirir.
 
Kanadalı uşaqlar evsizlərə yardım məqsədiylə küçə dirəklərinə palto və digər isti geyimlərini bağlayırlar.
 
Beysbol  komandasının məşqçisi  komandasının ən kiçik oyunçusunun həyatını  xilas etğmək üçün öz böyrəklərini təklif edib.
 
Türkiyədə bəy və gəlin öz toyları günündə 4 min qaçqına ehsan veriblər.
 
İrlandiyada daşqınlar zamanı xilas edilən ulaq, elə bil ki, minnətdarlığını bildirmək üçün "gülür".
 
Dərs zamanı tələbələrdən birinin övladı ağlayır. Professor bu problemi tezliklə həll edir.
 
İki uşaq anası olan qadın vəfat edən rəfiqəsinin 4 qızını da övladlığa götürür.
 
Aaron Kalinqi və həmkarı Papua-Qvineyaa yerli bazarlardan tısbağaları alıb, dənizə buraxırlar.
 
MсDonalds işçiləri  əlil arabasında olan yaşlı kişiyə yemək yeməyə yardım edirlər.
 
FaktXeber.com olaraq təqdim etdiyimiz bu fotoda qəribə heç nə yoxdu: Ata oğlunun islanmaması üçün çətiri uşağın başına tutur. Ancaq yenə də çox təsiredici mənzərədir.
 
97 yaşlı qadın öz məktəb attestatını alır. Vaxtilə o, xərçəng tapılan anasına yardım etmək və kiçik bacı qardaşlarının qayğısına qalmaq üçün məktəbi atmışdı.
 
Gənc bərbər autizmli uşağın saç kəsdirmək qorxusunu yox etmək üçün əlindən gələni edir. 
 
Oğlan isti gündə polisə su təklif edir.
 
Xəstəxana rəhbərliyi  68 il evlilikdə olan yaşlı cütlük üçün istisnaya yol verərək, bir adamlıq palatada hər ikisinə yer hazırlatdırır.
 
Yaşlı adam  evinin qarşısında qarı təmizləyərkən ürəyi tutur. Tibb işçiləri onu xəstəxanaya apardıqdan sonra geri qayıdaraq, həyətdə qalan qarı təmizləyirlər.
 
Bərbər evsiz insanların saçını pulsuz kəsir və eyni zamanda yenidən həyata başlamağa təşviq edir. Bərbərin özü narkotik asılılığından müalicə alır.
 
Gənc ata zəif eşidən qızına dəstək üçün öz başında  koxlear implatantının  döyməsini vurdurur.
 
Hollandiyalı  Tommi Kleyn  sahildə yığılan zibillərdən bezərək, özü toplamağa başlayır.
 
Qızcığaz dizaynerdən 3D protez alır. Qeyd edək ki, dizaynerin özünün də əlləri olmur.
 
Üç uşaq anası  xərçəng xəstəsi olan uşaqlar üçün  disney şahzadələrinin parikini hazırlayır. Bu ideya yaxın rəfiqəsinin uşağında xərçəng aşkarlandıqdaq sonra ağlına gəlib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ