SON DƏQİQƏ

PressDent.Info

Güllələnmədən əvvəl gülüş... FOTOLAR

Güllələnmədən əvvəl gülüş... FOTOLAR
9-09-2015, 10:21 28316 dəfə baxılıb

Sizlərə  İkinci Dünya müharibəsindən maraqlı olduğu qədər qeyri-adi fortolar təqdim edəcəyik.
 
Fransız qadınını nasistlərlə əlaqəsinə görə, başını keçəl edirlər
Fransanın  mühasirədən azad olmasından  sonra yerli sakinlər almanlarla ümumi dil tapanları elə özləri cəzalandırırdılar. Ümumilikdə on min fransız, xüsusən qadınlar  xalqın qəzəbini öz üzərlərində hiss etdilər.
 
"Armideyl"dən son foto
1942-ci ilin 1 dekabrında Şərqi Timorun sahillərində yapon qırıcıları  Avstraliya HDQ-nin  mühafizə gəmisinə hücum edirlər. Gəmi batarkən heyətin çox üzvü həlak olur. Çox az bir qism adama xilasedici qayıqlardan sal düzəldə bilirlər. Bu foto «Armideyl»in batmasından bir həftə sonra – dekabrın 8-də «Katalina» dəniz patrul təyyarəsindən çəkilib. Hava şəraitinin əlverisiz olmasına görə, «Katalina» enə və salın 20 sakininə yardım edə bilmir. Bundan sonra onları bir daha gbörən olmur…
 
Atın yerinə fil yeri şumlayır
Müharibəyə təkcə insanlar çağırılmırdı, atlar da aparılırdı. Və kimsə atın ağır işini arxa cəbhədə görməlidir. Bu, lap sirk fitli olsa belə. Fotoda «Amar qardaşları» sirkindən olan fil 1941-ci ildə mühasirədə olan Fransada yeri şumlayır.
 
General Dostlerin edamı
Almaniyanın piyada qounların generalı Anton Dostler amerikalılar tərəfindən İtaliyanın  Kazerta  əyalətində ABŞ-ın diversiya qrupunun 15 üzvünü öldürməkdə təqsirli bilinərək edam edilmişdi. 1945-ci ilin dekabrın 1-də həyata keçirilən edam aktı foto və kinolentdə sənədləşdirilmişdi.
 
Esesçilər Allaha ibadət edərkən
1943-cü ildə almanların Sarayeva  və Xorvatiyanı ələ keçirməsindən iki il sonra yarananan SS «Xəncər» 13-cü dağ diviziyası. Diviziya  müsəlman bosniyalılar könüllülərindən təşkil olunmuşdu və üzvlərinin sayı 26000-ə çatmışdı. 
 
Rusiyalı kəşfiyyatçı güllələnmədən əvvəl gülür
Sovet kəşfiyyatçısı  bir neçə saniyədən sonra finlandiyalı  zabitin onu güllələcəyini bilsə də kameraya gülümsəyir. Foto 1942-ci ilin  noyabrında  Şərqi Kareliyanın qarlı meşələrində çəkilib, lakin ilk dəfə 2006-cı ildə Finlandiya  Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. İkinci Dünya müharibəsi illərində foto məxfiləşdirilmişdi, çünki Finlandiya hökuməti fotonun sovet təşviqatı üçün istifadə olunacağından qorxurdu.
 
Çin səmalarından «Uçan pələnglər»
Müharibə vaxtı ABŞ Çinə bacardığı qədər yardım edib. Məsələn, 1941-1942-ci illərdə Çin tərəfindən «Uçan pələnglər» adlı  hərbi-hava bölməsinin  könüllüləri vuruşurdu. Bölmənin yaradılması üçün Çinə 99 «Kyortis R-40» təyyarəsi göndərilmişdi, lakin  çin pilotları  onları öyrənməkdən imtina edərək bildirmişdilər ki, bu təyyarələr  Yaponiyanın «Zero»su ilə heç müqayisə oluna bilməz. O zaman «Uçan pələnglər»ə amerikalı könüllülər daxil olmağa başlayır. «Pələnglər» üç eskadriliyaya bölünmüşdü: «Adam və Həvva», «Cəhənnəm mələkləri» və «Ayı panda». 1942-ci ildə çəkilən fotoda «Cəhənnəm mələkləri» əks olunub.
 
Ölüm düşərgəsinin heyəti istirahətdə
Fotoda  ən böyük  nasist ölüm düşərgəsinin  xidmət heyətinin adi insanlar kimi istirahəti adamı çaşdırmaya bilmir. Qapıda 1942-ci il idi…
 
Qələbə günü
Mayın 9-da gecə saat 3-ə 10 dəqiqə işləmiş Yuriy Levitan faşist Almaniyası üzərində qələbəni elan edir. Bundan sonra bir neçə saat ərzində  Qırmızı meydana  minlərlə insan toplaşaraq bayram keçirməyə başlayır. Bu tarixin ən xoşbəxt kütlələrindən biri hesab olunur.
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ