SON DƏQİQƏ

PressDent.Info

Onun uğurunu möcüzə adlandırırlar: repetitorsuz 677 bal! - FOTO

Onun uğurunu möcüzə adlandırırlar: repetitorsuz 677 bal! - FOTO
13-08-2015, 14:58 25965 dəfə baxılıb

IV ixtisas qrupu üzrə imtahan verən Nəsirovanın tədris aldığı məktəbdə kimya və biologiya müəllimi olmayıb...

Hazırkı dövrdə, demək olar ki, tələbə adını qazanmaq istəyənlərin böyük əksəriyyəti hazırlıq kurslarına və ya repetitor yanında gedirlər.

 

Amma çox az təsadüf olunsa da elə şagirdlər də var ki, onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazqanmağa nail olurlar.

 

Xaçmaz rayonunun Aslanoba kənd tam orta məktəbinin məzunu Mirvari Nəsirovadır. O, ali məktəblərə keçirilən qəbul imtahanlarında 677 bal toplayaraq, rayon üzrə ən çox bal toplayan tələbə adını qazanıb.

 

Qeyd edək ki, tədris aldığı Aslanoba kənd tam orta məktəbində kimya və biologiya fənni üzrə kadr çatışmazlığı yaşansa da, bu çətinlik onu qorxutmayıb və Mirvari Nəsirova repetitor hazırlığı olmadan IV ixtisas qrupu üzrə imtahan verərək bütün fənlərdən yüksək nəticə əldə edib.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ