SON DƏQİQƏ

PressDent.Info

Bolqarıstanlı jurnalist Viktoriya Marinova öldürülüb

Bolqarıstanlı jurnalist Viktoriya Marinova öldürülüb
8-10-2018, 18:31 5568 dəfə baxılıb

Bolqarıstanda polis araşdırmaçı jurnalist Viktoriya Marinovanın qətlini araşdırır.

Jurnalistin cəsədi şənbə günü Dunay çayı yaxınlığında Ruse şəhərindəki bir parkda tapılıb.

30 yaşlı jurnalistin ölümünün onun yerli televiziya stansiyası, TVN-dəki işi ilə əlaqəli olub-olmadığı hələ ki, məlum deyil.

İstintaq onun həm şəxsi, həm də peşə həyatına nəzər yetirir. Beynəlalq təşkilatlar jurnalistin ölümünü qınayıb.

“Bolqarıstanda araşdırmaçı jurnalist Viktoria Marinovanın dəhşətli qətlindən şok oldum “, Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının media azadlığı nümayəndəsi Harlem Desir Twitter sosial şəbəkəsində yazıb.

“Təcili olaraq tam və hərtərəfli araşrımaya çağırırıq, məsul şəxslər cavab verməlidirlər “, – deyə o yazıb.

Viktoriya Marinova 2017-ci ilin əvvəlindən bəri Avropa İttifaqında öldürülən dördüncü jurnalistidir.

2017-ci ilin avqustunda Kopenhagendə İsveç müxbir Kim Wall müsahibə almaq üçün görüşdüyü danimarkalı ixtiraçı Peter Madsen tərəfindən öldürülüb.

2017-ci ilin oktyabrında maltalı jurnalist Daphne Caruana Galizianın avtomobili evinin yaxınlığında partladılmışdı.

Bu ilin fevralında isə slovakiyalı jurnalist Jan Kuciak və nişanlısı Martina Kusnirova öldürülüb.

Həm Daphne Caruana Galizia, həm də Jan Kuciak korrupsiyanın aşkarlanması ilə bağlı işləri ilə tanınırdılar.

Viktoriya Marinovanın ən son işi sentyabr ayında həbs olunan digər iki bolqarıstanlı jurnalist Attila Biro və Dimitar Stoyanovla müsahibəsi olub.

Attila Biro və Dimitar Stoyanov sentyabr ayında Aİ-nin vəsaitlərinin sui-istifadəsi ilə bağlı fırıldaqçılıq hadisəsini araşdırarkən həbs olunub.

Ruse şəhərinin regional prokuroru Georgi Georgiev Viktoriya Marinovanın baş nahiyəsindən zərbə aldığını və boğulduğunu deyib. Prokuror jurnalistin “telefonunun, avtomobil açarının, eynəyinin və bəzi paltarlarının” itdiyini də deyib.

Sərhədsiz reportyorlar hesab edirlər ki, Bolqarıstan Avropa İttifaqında mətbuat azadlığına görə ən pis ölkədir.

Təşkilat ölkədəki araşdırmacı jurnalistlərin tez-tez “xəbərdarlıqlara, özlərinə, mülklərinə basqılara və fiziki hücumlara məruz qaldığını” deyir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ