SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

“İran müxalifəti türklərin dəstəyini qiymətini ödəmədən almağa çalışır”

“İran müxalifəti türklərin dəstəyini qiymətini ödəmədən almağa çalışır”
14-09-2018, 16:28 12963 dəfə baxılıb

Əmir Mərdani İran İslam Respublikasında siyasi və ya hərbi çevrilişin mümkün olmadığını və hazırki hakimiyyətin sadəcə xalqın qiyamı ilə qaldırıla biləcəyini ifadə edib. Amerikanın Səsinə danışan jurnalist və türk fəalın sözlərinə görə, xalq üsyanının nəticə verməsi üçün güclü bir hakimiyyət alternativinin formalaşması zəruridir.

“İslam Respublikasının içəridən islahata getməsi mümkün deyil. İslahatçıların nəzəriyyəçilərindən birinin dediyi kimi, islahatçılar hakimiyyəti islah etmək istədilər, lakin hakimiyyət onları islah etdi… İçəridən çevriliş də mümkün deyil. Çünki İslam Respublikasının rəsmi orduya qarşı Sepahı təşkil etməsi bunun önünü kəsmişdir,” Əmir Mərdani söyləyir.

İsveçdə yaşayan siyasi fəal deyir, “başqa bir yol isə millətin inqilabıdır. Millət cuşa gəlib və sistemi dağıda bilər. Bu, daha çox gündəmdədir… İndi artıq İran toplumu bir böhran vəziyyətindədir. Amma güclü bir hakimiyyət alternativinin mövcud olmadığı üçün bu mərhələni keçə bilmir.”

O, belə bir alternativin yaranmasında ABŞ və digər dövlətlərin rol oynaya biləcəyinə diqqət çəkir.

Mərdaninin dediklərinə görə, iranlı müxaliflər türklərin dəstəyi olmadan bir hakimiyyət alternativinin təşkilinin mümkün olmadığını bilirlər, amma bu dəstəyi Azərbaycana hər hansı bir siyasi status tanımadan almağa çalışırlar.

“İranda müxalifətin hər zaman türklərin yardımına ehtiyacı olmuş və müxtəlif qruplar bunu dilə gətirirlər. Keçmişdə də məlum olmuş ki, Azərbaycanda meydana çıxsa bunun qarşısını almaq çətindir. İranlı qruplar bunu bilirlər amma qiymətini ödəmək istəmirlər. Yəni bu hakimiyyət getsə də Tehran mərkəzli sistemdən əl çəkmək istəmirlər. Buna görə də, [milli hərəkata mənsub] təşkilatlar yerinə birbaşa əhali ilə irtibata keçmək istəyirlər,” deyə o bəyan edir.

Türk fəal əlavə edir ki, “Güney Azərbaycan Milli Hərəkatı da bunu bacarmalıdır ki, gücünü o həddə ortaya qoysun və bunu sübut etsin ki, artıq türklər milli hərəkata səlahiyyət verib və hərəkatı sözçü kimi ortaya qoyublar.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ