SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Makron: “Prezident Ərdoğanın Türkiyəsi Kemalın Türkiyəsi deyil”

Makron: “Prezident Ərdoğanın Türkiyəsi Kemalın Türkiyəsi deyil”
28-08-2018, 17:05 12093 dəfə baxılıb

Elis sarayında 250-yə yaxın diplomat, millət vəkili, beynəlxalq münasibətlər mütəxəssislərinin də iştirak etdiyi yığıncaqda çıxış edən Fransa prezidenti Emmanuel Macron xarici siyasət və Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı təkliflərini verib.

Fransa prezidenti NATO müttəfiqi ABŞ-da Trump-ın belə idarəçiliyinin fonunda Avropa Birliyinin təhlükəsizliyinin artıq ABŞ-a etibar edilməməli olduğunu vurğulayaraq, “Rusiya da daxil, Avropadakı bütün müttəfiqlərimizlə təhlükəsizlik məsələlərini ətraflı nəzərdən keçirməyi istəyəcəm” deyib.

Avropanın Türkiyə və Rusiya ilə yeni və fərqli münasibətlər qurmasına ehtiyacı olduğunu deyən Macron, eyni zamanda bu ölkələrdə gedən dəyişikliyi nəzərə almalı olduğunu söyləyib.

”Prezident Erdoğanın Türkiyəsi Kemal (Mustafa Kemal Atatürk –red.) zamanındakı Türkiyə deyil”, Macron deyib.

“Türkiyənin AB üzvlüyünə qəbulu əvəzinə, bu ölkə ilə strateji müttəfiq olmaq lazımdır. Bu iki güc təhlükəsizliyimiz üçün vacib olduğundan Rusiya və Türkiyə ilə strateji müttəfiqlik vacibdir, onların Avropa ilə bağlı olması lazımdır”, Fransa prezidenti əlavə edib.

O sual edib: “Rusiya və Türkiyə ilə əlaqələri düşünmədən uzun müddətli bir Avropa qura bilmərik. Türkiyə prezidenti Avropa əleyhdarı görünən pan islamçı gündəmini hər gün yenidən təsdiq edərkən dürüst və açıq bir şəkildə Türkiyənin AB üzvlüyü haqqında danışmağa davam edə biləcəyimizi düşünə bilirikmi?”

Fransa prezidentinə görə, “AB üzvlüyü deyil, strateji tərəfdaşlığa” nail olmaq lazımdır: “Bu iki güç kollektiv təhlükəsizliyimiz üçün önəmli olduğundan Rusiya ve Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır, onların Avropa ilə bağlı olması lazımdır”, Macron vurğulayıb.

Almaniya-Fransa “oxu”

Macronun nitqindən əvvəl ABŞ prezidenti Donald Trump özünü NATO müttəfiqlərindən uzaqlaşdıran açıqlamalar vermişdi.

Trump açıqlamalarında dəfələrlə bu Qərb ittifaqının qarşılıqlı müdafiə məsələlərindəki qərarlılığını sorğuladığı kimi, ABŞ-ın Avropaya verdiyi hərbi dəstəyin xərcinin də çox olduğundan şikayətlənmişdi.

Ötən ilki seçkilərdə Fransa prezidenti seçilmiş Emmanuel Macron AB-də köklü siyasi islahatların tətbiqi üçün əlindən gələcəyini edəcəyinə söz vermişdi.

Macronun təklifləri arasında indiyə kimi hələ də yetərli dəstəyi qazana bilməmiş Avrozona üçün ayrıca bir büdcənin formalaşdırılması tövsiyəsi də var.

Çərşəmbə axşamı Danimarka və Finlandiyaya üç günlük səfərə çıxan Fransa prezidenti AB üçün irəli sürdüyü reformalara dəstək istəyəcək.

Avropa Birliyinin ən güclü ölkəsi Almaniya Macronun planlarına ehtiyatla dəstək verib, lakin Avropanın daha əhatəli hərbi işbirliyinə getməli olduğu istiqamətindəki çağırışları Almaniya xarici işlər naziri Heiko Maasın bir müddət əvvəlki açıqlamalarıyla üst-üstə düşür.

Almanya xarici işlər naziri Maas keçən həftə “Handelsblatt” qəzetinə yazdığı məqalədə Avropa-ABŞ arasındakı münasibətlərdə bir uzaqlaşma yaşandığı vaxtda, AB-nə “məsuliyyəti paylaşmaqla, yeni bir ağırlıq mərkəzi yaratmaq” çağırışı edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ