SON DƏQİQƏ

PressDent.Info

Qətər Türkiyənin köməyinə gəlir, lirə bir az dirçəlir

Qətər Türkiyənin köməyinə gəlir, lirə bir az dirçəlir
17-08-2018, 13:54 1653 dəfə baxılıb

Qətər avqustun 15-də Türkiyəyə 15 milyard dollar investisiya yatıracağını elan edib.

Türkiyə hökuməti bildirib ki, Qətərin verdiyi vəsait banklara və maliyyə bazarlarına buraxılacaq.

Reuters xəbər verir ki, investisiya paketini Qətər əmiri Şeyx Tamim bin Hamad Al-Thani Ankarada prezident Recep Tayyip Erdoğanla görüşü zamanı bəyan edib.

Guardian yazır ki, Qətər xəbəri yayılandan az sonra Türkiyənin milli valyutası 5 faiz dirçələrək iş gününün sonuna yaxın 1 dollar üçün 6, 04 lirə olub.

Türkiyə lirəsi bu il ərzində 40 faiz çəki itirmiş və onun məzənnəsi bu həftənin əvvəlində 1 dollar – 7 lirə səviyyəsinə enmişdi.

Türkiyə və Qətər son illərdə partnyordan yaxın müttəfiqə çevriliblər.

Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri Qətərlə diplomatik münasibətləri dayandırıb onu blokadaya salanda Ankara Dohanın yanında olub.

Səudiyyə Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edirdi. Doha bu ittihamları rədd edir.

Təhlilçilər inanırlar ki, Qətərin maliyyə dəstəyi Türkiyəni indilik böhrandan çıxara biləcək.

Vaşinqtonda mənzillənmiş politoloq Soner Cagaptay düşünür ki, Qətərin dəstəyi Türkiyə üçün həlledici faktor olacaq.

O bu münasibətlə yazdığı tvitdə qeyd edir: “Bu dəstək Türkiyəyə investor etimadını artıracaq və Türkiyəni iqtisadi süqutdan xilas edəcək. Qətərlilər inanırlar ki, onları Səudiyyə-BƏƏ-nin mümkün hərbi müdaxiləsindən Türkiyənin qoşun çıxarması xilas edib”.

Lakin bir çox investorlar Ankaranın daha fundamental maliyyə tədbirləri görməsini – uçot dərəcəsini artırmasını gözləyirlər.

Onların fikrincə bu edilməsə Türkiyənin maliyyə çətinlikləri xroniki şəkil alacaq.

İnvestorları narahat edən daha ciddi məsələ Türkiyənin NATO müttəfiqi ABŞ-la münasibətlərinin gərginləşməkdə davam etməsidir.

ABŞ-ın aliminum və polada rüsumları ikiqat artırmasına cavab olaraq Ankara avqustun 15-də Amerika avtomobillərinə, alkoqol və siqaretə rüsumları qaldırıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ