SON DƏQİQƏ

PressDent.Info

Britaniyanın xarici işlər naziri istefa verdi

Britaniyanın xarici işlər naziri istefa verdi
12-07-2018, 20:20 1392 dəfə baxılıb

Britaniyanın xarici işlər naziri Boris Johnson baş nazir Theresa May-in hökumətində davam edən siyasi böhranın dərinləşməsi əsnasında istefa verib.

Johnson-un iyulun 9-da istefasından əvvəl, iyulun 8-də axşam ölkənin Avropa İttifaqından ayrılması prosesinə nəzarət edən nazir David Davis istefasını bəyan etmişdi.

Bu, baş nazir Theresa May-ə zərbə sayılır.

David Davis istefa məktubunda May hökumətinin iyulun 6-da razılaşdığı Brexit planını tənqid edir. Davis May-ə yazıb ki, bu siyasət ölkəni “danışıqlar prosesində zəif və qaçılması mümkünsüz mövqeyə” salacaq.

Davis iyulun 8-də axşam istefa verib.

May-in hökuməti onsuz da kövrək durumdadır, son bir ildə bir neçə nazir cinsi qısnama iddiaları üzündən istefa verib.

May isə Davis-ə məktubunda yazıb ki, Brexit planı onun Avropanın vahid bazarını və gömrük birliyini tərk etmək öhdəliyinə uyğundur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ