SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

Gürcüstanın yeni hökuməti Avropa Məhkəməsinin Muxtarlının işi ilə bağlı suallarını cavablandıracaq

Gürcüstanın yeni hökuməti Avropa Məhkəməsinin Muxtarlının işi ilə bağlı suallarını cavablandıracaq
25-06-2018, 18:59 18618 dəfə baxılıb

Gürcüstan hakimiyyətinin Avropa Məhkəməsinin jurnalist Əfqan Muxtarlının işi ilə bağlı suallarını cavablandırmaq üçün təxminən bir ay vaxtı var, bu barədə onun vəkili Arçil Çopikaşvili bildirib.

Onun sözlərinə görə, iyunun 31-də Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Məhkəməsinin səkkiz sualına cavab verməlidir.

“Suallar əsasən azərbaycanlı jurnalistin oğurlanması ilə bağlıdır və məhkəmə oğurlanma hadisəsinin baş verib-vermədiyi, ifadə azadlığı hüququnun, hüquqi imkanlardan yararlanmaq hüququnun pozulub-pozulmadığı, habelə jurnalistin faktiki olaraq ölkədən çıxarılıb-çıxarılmadığı ilə maraqlanır”, deyə o qeyd edib.

“Gürcüstana 8, Azərbaycana 6 sual göndərilib. Düşünürəm ki, sualların cavabları məhkəmənin faktları və azərbaycanlı jurnalistə qarşı yol verilmiş pozuntuların mövcudluğunu müəyyən etməsi üçün daha çox imkan yaradacaq. Cavab verilməsi üçün son tarix 30 iyuldur. Bundan sonra iddiaçının dövlətin cavabları ilə bağlı yazılı şərh vermək imkanı olacaq.

İşlə bağlı tez bir zamanda kommunikasiya başlayıb, işə prioritet verilib. Ümid edirik ki, Avropa Parlamenti mexanizmi azərbaycanlı jurnalistin maraqlarının bərpasına kömək edəcək vasitə olacaq”, deyə vəkil bildirib.

Xatırladaq ki, Azərbaycan hökumətinin tənqidçisi Əfqan Muxtarlı 29 may 2017-ci ildə Tbilisinin mərkəzində oğurlanaraq, növbəti gün o, Bakıda həbs edildiyini bildirib. İstintaq onu sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Amma jurnalist özü vəkilə bildirib ki, onu Gürcüstanın polis işçiləri tutublar və döyüblər, sərhədə aparıblar və Azərbaycan nümayəndələrinə təhvil veriblər.

Sərhəd buraxılış məntəqəsində onun cibinə 10 min avro qoyublar, sonradan guya pul qaçaqmalçılığı haqqında tamaşa oynayıblar.

Bu faktla bağlı beynəlxalq qalmaqal yaranıb və Gürcüstan hakimiyyəti özünə bəraət qazandırmaq məcburiyyətində qalıb. Ölkə prezidenti Georgi Marqvelaşvili hökuməti bu oğurluqda əli olmaqda ittiham edib.

Baş nazir Kvirikaşvili bu yaxınlarda istefa verib və yeni hökumət Avropa Məhkəməsinin suallarını cavablandıracaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ