SON DƏQİQƏ

PressDent.Info

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Türkiyədə prezident və parlament seçkiləri keçirilir
24-06-2018, 13:33 9135 dəfə baxılıb

Bu gün, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Prezidentlik uğrunda 6 şəxs mübarizə aparır. Bunlar Türkiyənin hazırkı prezidenti Receb Tayyib Erdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Meherrem İnce, İyi Partiyanın sədri Meral Akşener, Seadət Partiyasının sədri Temel Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçek və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Selaheddin Dəmirtaşdır.

Parlament seçkilərində mübarizə aparacaq siyasi qüvvələr isə hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP), CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə – HÜDA Partiyası, Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda birləşiblər.

Türkiyədəki 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ