SON DƏQİQƏ

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

17:23 - "Eynallı qardaşları" MMC - nin yol macarası-VİDEO FAKT

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

15:36 - Vətənpərvər insan Naim müəllim

13:54 - Qaxdan Bakıya şikayət məktubları gedib çatmır – Qaxın icra başçısı rayonda senzura tətbiq edib...

13:49 - İcra başçısı Musa Şəkiliyev 3 uşaq anası xadiməni işdən qovdu – seçkidə Azər Kərimliyə səs verməyib

PressDent.Info

RF səfirliyi Rusiya vətəndaşı Saleh Rüstəmovun işi haqqında

RF səfirliyi Rusiya vətəndaşı Saleh Rüstəmovun işi haqqında
23-05-2018, 18:48 12180 dəfə baxılıb

Azərbaycanda həbs edilmiş RF vətəndaşı Saleh Rüstəmovun ailə üzvləri ona hüquqi yardım göstərilməsi üçün Rusiya XİN-ə və bu ölkənin Bakıdakı səfirliyinə müraciət ediblər. Bu barədə Turan-a onun qardaşı Taleh Rüstəmov bildirib.

S.Rüstəmov mayın 8-də böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. O, ziyarətə gəldiyi Azərbaycandan çıxarkən Şəmkir rayonunda saxlanılıb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib.

Hər iki şəxs indiyədək Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır.

Bu müddət ərzində S.Rüstəmovun yanına cəmi bir dəfə vəkil buraxılıb, o, vəkilə işgəncələrə və qeryi-insani rəftara məruz qaldığını bildirib.

Qardaşının sözlərinə görə, bu gün Rüstəmovun DİN-in MCMBİ-də saxlanılması müddəti başa çatır və o, Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməlidir. Amma vəkil məhbusun yanına buraxılmır.

Doğmaları həbs olunan şəxslərin taleyindən narahatdırlar. Ombudsman Aparatına müraciətlərinə cavabda işgəncələrlə bağlı şikayətin araşdırılması üçün prokurorluğa göndərildiyini bildiriblər.

Rusiya səfirliyinin mətbuat xidmətindən Turan-ın müxbirinə S.Rüstəmovun işi üzrə müraciət olduğunu təsdiq ediblər. Səfirlik Rüstəmovun ailə üzvləri ilə əlaqə saxlayır. Bundan başqa, səfirlik əməkdaşları məsələni araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlayırlar.

Saleh Rüstəmov 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ