SON DƏQİQƏ

PressDent.Info

Putin yeni hökuməti formalaşdırdı

Putin yeni hökuməti formalaşdırdı
22-05-2018, 21:06 6090 dəfə baxılıb

Rusiya prezidenti Vladimir Putin hökumətin formalaşdırılması haqda sərəncam imzalayıb. Sərəncam nazirlərin və nazir müavinlərinin təyinatı ilə bağlı baş nazir Dmitri Medvedevin təqdimatı əsasında imzalanıb.

Baş nazirin birinci müavini-maliyyə naziri postu Anton Siluanova tapşırılıb.

Olqa Qolodets baş nazirin müavini təyin olunub, kabinetdə yerini qoruyan xanımın kurasiyasında mədəniyyət və idman sahələroi olacaq.

Yuri Trutnev baş nazirin müavini postunu qoruyub

Dmitri kozak da baş nazirin müavini postunu qorub saxlaya bilib.

Vitali Mutko da baş nazirin müavini olacaq, tikinti sahəsinə nəzarət edəcək.

Yuri Borisov baş nazirin müavini kimi müdafiə sənayesi sahəsinə nəzarət edəcək.

Tatyana Qolikova və Maksim Akimov da baş nazirin müavinliyinə təyinat alıb.

Konstantin Çuyçenko da baş nazirin müavini postuna təyinat alıb

Sergey Lavrov yenə Rusiyanın xarici siyasətinə rəhbərlik edəcək.

Sergey Şoyqu isə müdafiə naziri postunda qalıb. O, ən uzunömürlü nazir kimi rekordsmen sayıla bilər. Şoyqu düz 18 il Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib.

Vladimir Medinski mədəniyyət naziri, Vladimir Kolokoltsev isə daxili işlər naziri postunda qalıb. Səhiyyə naziri Veronika Skvortsova da əvvəlki işinə davam edəcək.

Maksim Oreşkina iqtisadi inkişaf naziri, Aleksandr Novak isə energetika naziri təyin edilib. Ədliyyə naziri postu isə yenə Aleksandr Konovalovda qalıb. Sənaye və ticarət naziri Denis Manturov təyin olunub.

Mülki müdafiə və Fövqəladə hallar naziri Yevgeni Ziniçev təyin edilib.

Vladimir Yakuşev isə mənzil-kommunal təsərrüfatı və tikintisi naziri postunu tutub.

Pavel Kolobkov idman naziri təyin olunub.

Dövlət başçısının sərəncamı ilə Elm və Təhsil nazirliyi iki yerə ayrılıb. Yeni kabinetdə Təhsil naziri Olqa Vasilyeva olacaq. Mixail Kotyukov isə Elm və Ali Təhsil Nazirliyinə rəhbərlik edəcək.

Əmək və Sosial inkişaf naziri Maksim Topilin təyin edilib. Beləliklə, Topolin yeni kabinetdə də yerini qoruya bilib.

Sergey Çebotaryev isə Şimali Qafqaz məsələləri üzrə nazirliyə rəhbərlik edəcək.

Rusiyanın yeni hökumətinin ilk iclası gələn həftə baş tutacaq

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ