SON DƏQİQƏ

PressDent.Info

Medvedev yenə baş nazir seçildi

Medvedev yenə baş nazir seçildi
8-05-2018, 20:00 7917 dəfə baxılıb

Rusiyanın “yeni” prezidenti Vladimir Putin köhnə dostunu təzədən baş nazir seçdirib. Dövlət Duması da Dmitri Medvedevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Putin prezident postuna təsdiqlənəndən sonra Nazirlər Kabineti istefaya göndərilmişdi. Ancaq Putin yenidən Dmitri Medvedevlə işləmək arzusunda oilduğunu bildirib. Ölkənin ağır günlərində onun bu vəzifənin öhdəsindən uğurla gəldiyini, qətiyyətli addımlar atdığını iqtisadiyyatı dirçəltdiyini vurğulayaraq deputatları  Medvedevin namizədliyini dəstəkləməyə çağırıb. Onun lehinə 374 deputat  (83,1%), əleyhinə isə 56 deputat səs verib. Bitərəf qalan olmayıb.

D.Medvedevin hökumət başçısı olması üçün 226 səs gərək idi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ