SON DƏQİQƏ

PressDent.Info

Türkiyə universitetlərinə qəbul olmağın hansı yolları var?

Türkiyə universitetlərinə qəbul olmağın hansı yolları var?
8-05-2018, 19:57 10179 dəfə baxılıb

Azərbaycandan hər il daha çoxsaylı gənc Türkiyəyə üz tutur

 

Demək olar ki, Azərbaycandan bu ölkənin ali məktəblərinə tələbə axını hər il güclənir. Hətta bəzi məktəb məzunları ümumiyyətlə yerli ali məktəblərə qəbul üçün müraciət etmir, Türkiyə universitetlərinə daxil olmağı hədəf seçirlər.
Bəs bunu necə edirlər? Türkiyə ali məktəblərinə xarici tələbələr necə daxil olur?
Onlardan nə tələb olunur? Hansısa imtahanlara girirlərmi?
Tez-tez eşidilən “YöS imtahanı” nədir? Geniş marağı nəzərə alıb bu suallarla “Bilik” Tədris Mərkəzinin rəhbəri Rövşən Əbdülhəsənova müraciət etdik.
“Bilik” Tədris Mərkəzi illərdir Türkiyə ali məktəblərinə qəbul sahəsində çalışır, burada müxtəlif kurslar, o cümlədən YöS imtahanına hazırlıq kursları təşkil olunur. Mərkəz çox sayda gəncin tələbə adı qazanmasında yardımçı olmuşdur.
– Rövşən bəy, Azərbaycan ali məktəblərinə qəbullar başlamasa da, böyük bir qəbul həyəcanı yaşanmaqdadır artıq. Bəlkə kimlərsə bilmir, amma bizim gənclərin də böyük maraq göstərdiyi xarici tələbələr üçün Türkiyə ali məktəblərinə qəbul imtahanları artıq bir aydır başlayıb. YÖS sınavı deyilir buna –  nədir YÖS? Nə deməkdir bu söz?
– Bəli, doğrudur. YÖS imtahanları artıq aprel ayının əvvəlindən etibarən başlayıb. YÖS – Yabancı Öğrenci Sınavı deməkdir. Türkiyə universitetlərinin xarici tələbələr üçün keçirdiyi qəbul imtahanıdır.
 
– Necə keçirilir YÖS? Qaydası, məzmunu necədir?
– YÖS imtahanında iştirak etmək üçün tələbə ilk öncə seçdiyi universitetə qeydiyyatdan keçməlidir. Daha sonra həmin universitetin buraxılış vərəqini əldə edib imtahanda iştirak edə bilər. İmtahan  məntiq, riyaziyyat  – matamatik, həndəsə – geometri  fənləri sualları əsasında keçirilir. İmtahan müddəti və sual sayı universitetə görə dəyişir. Düşünüldüyü qədər ağır imtahan deyil.
– Hər bir universitet ayrımı keçirir YÖS imtahanını?
 
– Bəli, universitetlər hər biri öz imtahanını təşkil edir, ancaq YÖS imtahanı keçirməyən universitetlər də var. Həmin universitetlər YÖS imtahanı keçirən universitetlərin nəticəsini tanıyaraq, tələbəni öz universitetinə qəbul edir.
– Harada keçirilir? Doğrudanmı, Türkiyəyə getmədən YÖS imtahanı vermək olar?
– Artıq əksər universitetlər YÖS imtahanlarını Azərbaycanda, Bakı şəhərində keçirirlər, bəzi imtahanlar həm də Gəncədə və Naxçıvanda da ola bilir. Tələbələr Türkiyəyə getmədən burada həmin imtahanlarda iştirak edə bilərlər. Təbii ki,  YÖS sınavını yalnız Türkiyədə keçirən universitetlər də var, onlar isə elə də çox deyil.
– Türkiyədə oxumağa maraq böyükdürmü? Çoxmu gənclər gedir oxumağa? Bunun başlıca səbəbi nədir?
– Son 3-4 ildə  Türkiyədə təhsilə maraq daha da böyükdür. Bunu müraciət edən tələbə sayından bariz görmək olar. Əsas amil təbii ki,  həm dil,  həm də mədəniyyət baxımından yaxınlığın olmasıdır. Bu səbəbdən də təhsil almaq daha rahatdır. Təhsilin keyfiyyəti yüksəkdir, universitetlər dünyaya inteqrasiya olunur. Gözəl təhsil mühitləri, şəraitləri var. İllik təhsil haqqı da digər xarici ölkələrlə müqayisədə olduqca münasibdir.
 
– Bəzən təhsilhaqqının çox az olduğunu deyirlər? Bu doğrudurmu? Nə qədərdir?
– Bəli, elədir. Türkiyə dövlət universitetlərinin illik təhsil haqqı 200-1200 dollar arasında dəyişir. Bu rəqəm təbii ki, xaricdə təhsil almaq istəyənlər üçün çox uyğundur. Özəl universitetlərin təhsil haqqı isə 4000 dollardan başlayır.
 
– Gənclər hansı ali məktəblərə və hansı ixtisaslara üz tuturlar?
– İlk baxışdan elə görünə bilər ki, bizim gənclər yalnız TOP universitetlərə, yəni məşhurlara üz tuturlar. Təbii ki, tanınmış universitetlərə seçim daha çoxdur. İstanbul, İstanbul Texnik, Hacettepe, Boğaziçi, Ankara, Qazi, Ege, Marmara, ODTU, Gülhanə Tibb Akademiyasını bünyəsinə alan Sağlık Bilimləri Universiteti, Yıldız Texnik və digərləri öndə gedir. Amma Türkiyənin bölgələrində də yüksək səviyyəli köklü ali məktəblər var, heç nə ilə geridə qalmırlar. Çukurova, Uludağ, 19 Mayıs, Atatürk Ərzurum, Ərciyez, Sakarya universiterlərinə də gedənlər az deyil. Hətta adını sadalamadığım istənilən ildəki universitetə gedənlər var. Bəlkə də daha çox. Çünki təhsil keyfiyyətlidir, əksinə bölgələrdə yaşam xərcləri daha azdır. İxtisaslara gəldikdə, ən çox tibb fakültəsinə üz tuturlar və təbii ki, mühəndislik fakültələrinə. Hətta mən danışdıqca, hesablarımı yenidən saf-çürük edirəm, görürəm ki, bütün ixtisaslara qədərincə üz tutanlar var.
 
– Bəzi valideynlər və gənclər üçün maraqlıdır, bəlli universitetlər YÖS imtahanı keçirib qəbul edirlər xarici tələbələri, bəs YÖS imtahanı keçirməyənlərə də qəbul olmaq mümkündürmü?
– YÖS imtahanı keçirməyən universitetlər əgər attestatla qəbul elan ediblərsə, o zaman həmin universitetlərə tələbələri imtahansız göndərmək mümkündür.
– Başqa hansı sertifikatlarla daxil olmaq mümkündür Türkiyədəki ali məktəblərə?
– Əgər tələbənin YÖS nəticəsi yoxdursa, o zaman DİM-in keçirdiyi qəbul imtahanından topladığı balla da universitetə müraciət etmək olar.
–  Attestatla qəbul varmı? Bəzən belə elanlar olur… 
– Bəli, var. Bu YÖS imtahanı keçirməyən və attestatla qəbul elan edən universitetlər üçün keçərlidir. Amma əksər universitetlər YÖS imtahanı nəticəsinə görə müsabiqə yolu ilə qəbul həyata keçirir.
 
– Valideynlərə və gənclər Türkiyədə oxumağa dair hansı məsələlərlə bağlı müraciət edə bilərlər? Hansı yolla sizi tapa bilərlər?
Azərbaycanda Türkiyə təhsili ilə bağlı fəaliyyət göstərən mərkəzlər var. Rəhbərlik etdiyim “Bilik” Tədris Mərkəzinin də  10 illik təcrübəsi var. Çox sayda  gəncə tələbə adı qazanmaqda yardımçı olmuşuq. Heç bir fırıldağımız, əyri işimiz yoxdur, Hətta iki böyük universitetin rəsmi təmsilçiyik, özüm də Türkiyədə təhsil almışam, işimizi bilirik. Biz kiməsə yol göstərməyə, iş düzüb qoşmağa görə haqq almırıq. Əsas işimiz ixtisaslasmis  müəllimlər tərəfindən   abituriyentləri YÖS və SAT imtahanına hazırlamaq,  doğru universitet seçimində istiqamətləndirməkdir.  Əgər universitetə imtahan tələbi yoxdursa, o zaman tələbələri Türkiyəyə imtahansız, yalnız attestatla bakalavr, diplomla magistratura oxumağa göndəririk.
– Valideynlər və məzunlar pulsuz məsləhət ala bilirlərmi?
– Əlbəttə, valideyn və tələbələr “Bilik” Tədris Mərkəzinə xaricdə təhsillə bağlı onları maraqlandıran istənilən sualla müraciət edə bilərlər. Bu sahədə hərtərəfli köməklik göstərilir, onlara geniş informasiya verilir. Mərkəz təkcə Türkiyə universitetlərinə deyil, Azərbaycan universitetlərinə abituriyent  hazırlığı üzrə  fəaliyyət göstərir. Onu da bildirim ki, “Bilik” Tədris Mərkəzi 2018-2019 tədris ili üçün kursa tələbə qəbulunu  elan edib. İstər YÖS proqramı,  istərsə də Azərbaycan universitetlərinə qəbul proqramı üzrə hazırlaşmaq istəyən abituriyentlər iyun ayına qədər qeydiyyata düşsələr,  tədris mərkəzinin təklif etdiyi güzəştlərdən yararlana bilərlər. Reklam üçün demirəm, bilirəm ki, çoxlarının sualları var, bizə müraciət etmək istəyə  bilərlər. Bizə www.bilik.edu.az veb səhifəmizə yazmaqla, ünvanlarımıza yaxınlaşmaqla və ya əlaqə nömrələrinə zəng vurmaqla müraciət edə bilərlər. Bakıda, Gəncədə, Sumqayıtda fəaliyyət göstəririk. Əgər sizə münasibdirsə, yalnız oxucuların marağı naminə ünvanlarımızı da yaza bilərsiniz:
Bakı şəhərində: Cəfər Cabbarlı 29 Nizami metrosu Amber otelin yanı, telefon – 077-2500125,   (012) 5970171, Gəncə şəhərində  Əttarlar küçəsi 126, telefon – 055-6309290,  Sumqayıt şəhərində Sülh küçəsi. 34-cü məhəllədə, telefonlar – 055-2009316,   ( 018) 654 05 32.
 
– Hazırdan universitetlərə imtahanlar davam edirmi? Qəbul prosesi dayanmayıb ki?
– Xeyr, qəbul prosesi oktyabr ayına qədər uzanır.
Aysevən Mirzəyeva, 
Toplum TV

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ