SON DƏQİQƏ

PressDent.Info

Avropa Krımda prezident seçkisi keçirən rusiyalıları cəzalandıracaq

Avropa Krımda prezident seçkisi keçirən rusiyalıları cəzalandıracaq
1-05-2018, 15:07 7830 dəfə baxılıb

Avropa İttifaqı Ukraynanın ilhaq edilmiş Krım yarımadasında Rusiya prezidenti seçkisinin keçirilməsini təşkil etmiş 5 nəfərə qarşı sanksiyalar qoymağa hazırlaşır.

Adının çəkilməsini istəməyən Avropa rəsmiləri aprelin 30-da AzadlıqRadiosuna deyiblər ki, Aİ diplomatları son həftələrdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini müzakirə ediblər.

Bu məsələ nazirlər səviyyəsində müzakirəyə mayın 8-də çıxarılacaq. Avropa İttifaqı nazirləri yeni sanksiyaları məhz həmin gün təsdiq edəcəklər.

Sanksiyalar siyahısına əlavə edilmiş adlar hələlik açıqlanmayıb.

Avropa İttifaqı artıq indiyədək 150 Rusiya rəsmisinin və Moskva tərəfindən dəstəklənən separatçının aktivlərini dondurub və onlara viza qadağanı tətbiq edib.

Bundan başqa Ukraynanın ərazi bütövlüyünə qəsd edilməsində iştirakı olan 38 Rusiya vahidinin üzərinə sanksiyalar qoyulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ