SON DƏQİQƏ

PressDent.Info

İrana satılası Boeing-lər başqa alıcılara verilib

İrana satılası Boeing-lər başqa alıcılara verilib
26-04-2018, 19:07 2349 dəfə baxılıb

Fransa prezidenti Emmanuel Macrondeyir ki, amerikalı həmkarı Donald Trump-ın İran nüvə sazişinə sayqıyla yanaşacağını gözləmir, çünki hələ seçki kampaniyası zamanı onu bitirmək vədi verib.

Macron aprelin 25-də, Vaşinqtona üçgünlük səfirinin yekununda danışıb. Deyib ki, Trump “özünə aid, daxili səbəblərdən bu sazişdən canını qurtaracaq”, bir səbəb də onun “kampaniya zamanı sazişdən çıxmaq vədi verməsidir”.

“HƏVƏSLİ DEYİL”

Macron səfər zamanı Trump-la bir neçə saat danışıq aparıb. Daha öncə isə aylardır onu İranın 2015-ci ildə dünya gücləriylə imzaladığı sazişə əməl etməyə inandırmağa çalışır. Bu saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

İki lider aprelin 24-də deyiblər ki, nüvə sazişindən kənar, daha geniş, yeni bir saziş istəyirlər. Bu sənəd Trump-ın İranın ballistik raket hazırlaması, Suriya və Yəməndəki vətəndaş müharibələrində iştirakıyla bağlı narahatlığını yoluna qoymalıdır.

Donald Trump və Emmanuel Macron birgə mətbuat konfransında
Donald Trump və Emmanuel Macron birgə mətbuat konfransında

Trump belə bir razılaşmaya açıq olduğunu desə də, nüvə sazişini “ağılsız”, “gülünc” adlandırıb.

Macron jurnalistlərə deyib ki, Trump-ın hansı qərara gələcəyi ilə bağlı onda “daxili məlumat yoxdur”.

Prezident Trump-ın nə dediyinə qulaq asıram və mənə elə gəlir ki, o, sazişi müdafiə etməyə həvəsli deyil”, – Macron deyib.

Almaniya kansleri Angela Merkel aprelin 27-də Vaşinqtona səfər edəcək. Onun da Trump-ı sazişdən çıxmamaq üçün inandırmağa çalışacağı gözlənir.

Mayın 12-də Trump nüvə sazişi çərçivəsində Tehrana ABŞ sanksiyalarının ertələnməsi müddətini uzatmaqla bağlı qərara gəlməlidir. Uzatmasa, bu, nüvə sazişinin pozulması demək olar. İran bu halda cavab addımı atacağını bildirib.

Bu arada Boeing şirkəti İran üçün nəzərdə tutulan sərnişin təyyarələrinin başqa alıcılara verildiyini açıqlayıb. Bu da Trump-ın sazişdən çıxmaq hədəsinin nəticəsi sayılır.

BOEİNG HASİLATI MƏHDUDLAŞDIRMAYACAQ

Nüvə sazişinə uyğun olaraq, IranAir şirkətinə təyyarə satışına lisenziya verilmişdi. Tehrana yüzlərlə ABŞ və Avropa istehsalı olan təyyarə satılmalıydı.

Boeing dekabrda IranAir-ə 80 təyyarə satmağa razılaşıb, bu satış üçün ABŞ ixrac lisenziyası əldə edilmişdi. 777s təyyarələrinin 3-ü bu il çatdırılmalıydı, ancaq şirkət onların başqa alıcılara satıldığını bildirib.

Şirkət rəhbəri Dennis Muilenburg aprelin 25-də deyib ki, hətta Trump-ın sazişdən çıxması nəticəsində İrana satış bütünlükdə ləğv olunsa belə, Boeing 347 milyona başa gələn bu təyyarənin istehsalını azaltmayacaq.

Müəyyən etdiyimiz hasilat səviyyəsi İranın sifarişlərindən asılı deyil”, – o deyib.

İran rəsmiləri Vaşinqtonu təkcə ABŞ təyyarələrini deyil, Avropadan təyyarə almasını da əngəlləməkdə suçlayıb.

IranAir 100 Airbus və 20 Fransa-İtaliya istehsalı olan ATR təyyarəsi sifariş edib. İndiyədək 3 Airbus və 8 ATR əldə edib.

 

Avropa şirkətləri də sövdələşmələri bitirməkdən ötrü ABŞ-dan ixrac lisenziyası almalıdırlar, çünki təyyarələrində ABŞ istehsalı olan hissələr var.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ