SON DƏQİQƏ

PressDent.Info

ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilər

ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilər
19-04-2018, 20:21 11658 dəfə baxılıb

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində danışan ABŞ Xarici İşlər Nazirinin Köməkçisi Wess Mitchell, Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli olaraq bağlanan hərbi müqavilələrdən narahat olduqlarını açıqlayıb.
ABŞ-ın Xarici İşlər Nazirliyi, Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri satın almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq edəcəyini bildirib.
Wess Mitchell, “Ankara, Suriyada taktik hədəflərinə çatmaq naminə Moskvaya strateji güzəştlərə getməsinin risklərini xatırlamalıdır. Türkiyə ABŞ-la olan yaxın əlaqələrə baxmayaraq Rusiya və İranla əməkdaşlığını artırıb. Türkiyənin Qərblə strateji və siyasi birliyini qoruması, ABŞ-ın milli maraqlarına uyğun olar” ifadələrini istifadə edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ