SON DƏQİQƏ

PressDent.Info

ABŞ-da ən kiçik pilotsuz uçan aparat ​satışa çıxarılıb - FOTO

ABŞ-da ən kiçik pilotsuz uçan aparat ​satışa çıxarılıb - FOTO
18-08-2015, 19:54 29002 dəfə baxılıb

ABŞ-ın "Axis Drones" şirkəti dünyada ən kiçik "AERIUS" kvadrokopterlərinin ilkin sifarişinin başlaması haqqında məlumat yayıb. 

Barmağın ucunda yerləşən kiçik ölçülü aparat akkumulyatoru bir dəfə yükləməklə 7 dəqiqəyə qədər uçuşları yerinə yetirmək qabiliyyətindədir.

USB kabeli vasitəsilə "AERIUS" aparatını cəmi 15 dəqiqəyə asanlıqla yükləmək olar. 

Aparat pult vasitəsilə idarə olunur, həmin pultda "AERIUS" saxlanılması və daşınması üçün qapaqlı "qaraj" yerləşdirilib. Bu yaxınlara qədər "SKEYENanoDrone" aparatı dünyada ən kiçik pilotsuz uçan aparat hesab olunurdu.  

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ