SON DƏQİQƏ

PressDent.Info

ABŞ Çini on minlərlə uyğuru həbsdə ittiham edir

ABŞ Çini on minlərlə uyğuru həbsdə ittiham edir
19-04-2018, 20:07 6090 dəfə baxılıb

Çin hakimiyyəti Sincan-Uyğur Muxtar Rayonunda “siyasi təhsil” adı altında 10 minlərlə uyğur türkünü həbs edib.

Bunu ABŞ Dövlət Departamentinin Şərqi Asiya və Sakit Okean ölkələri ilə əlaqələr üzrə bölməsinin aparıcı məsul şəxslərindən biri Laura Stoun bildirib.

Onun sözlərinə görə, Çin hakimiyyətinin bu davranışı insan haqlarının pozulmasıdır: “Çin hakimiyyətinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlara və başqa müsəlmanlara etdiyi zülmdən narahatıq. Çin hakimiyyəti ilə dialoq quraraq insan haqlarının pozulmasını azaltmağa çalşacağıq”.

Məlumata görə, son illər Çin hakimiyyətinin uyğurlara qarşı təzyiqləri artıb. ABŞ-ın maliyyələşdirdiyi “Azad Asiya” radiosunun yanvarda yaydığı xəbərdə vurğulanıb ki, muxtar rayonun Kaşğar şəhərində bir ayda 120 min nəfəri “yenidən təhsil” düşərgələrinə aparıblar.

ABŞ senatoru Marko Rubio Konqersə təqdim etdiyi məktubda bildirib ki, Çin hakimiyyəti bu istiqamətdə cəmi 500 min – 1 milyon arasında insanı həbs edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ