SON DƏQİQƏ

PressDent.Info

Türkiyəyə qaça bilməyən türkmənlər Azərbaycana gəlirlər…

Türkiyəyə qaça bilməyən türkmənlər Azərbaycana gəlirlər…
17-04-2018, 20:21 15399 dəfə baxılıb

AzadlıqRadiosunun müxbiri Pete Baumgartner-in reportajında deyilir ki, Aşqabadın supermüasir hava limanında demək olar hər gün belə bir səhnə yaşanır: Əllərində biletləri və vizaları olan sərnişinləri təyyarələrə buraxmırlar. Söhbət əsasən də İstanbul və Dubaya uçan reyslərdən gedir.

Onlardan bəziləri biletlərini yarı qiymətinə qaytararaq pərt halda evlərinə qayıdır.

Amma bəziləri hava limanındaca hay-küy qaldırıb etiraz etməkdən çəkinmir.

Ölkədə 50 faizi aşan işsizlik, raket sürətilə qalxan inflyasiya, çörək, yumurta, un və başqa gündəlik tələbat mallarının çatışmaması türkmənləri güzaran üçün qürbətə getməyə vadar edir.

Baumgartner yazır ki, ölkəni tərk etməyə çalışan türkmənlərin əksəriyyəti ölkənin Daşoğuz və Lebap kimi yoxsul və geri qalmış ucqarlarındandır.

Türkmənistan orqanları pasportları diqqətlə yoxlayır
Türkmənistan orqanları pasportları diqqətlə yoxlayır

Təhlilçilər bildirirlər ki, Türkmənistan hökumətinin göründüyü kimi öz vətəndaşlarının xaricə səfərlərinə maneçilik törətməsi ölkənin hərəkət azadlığına dair beynəlxalq konvensiyanı pozması kimi qiymətləndirilə bilər. Türkmənistan bu konvensiyaya 1997-ci ildə imza atıb. Ölkənin öz qanunları da vətəndaşlarına Türkmənistandan sərbəst çıxış və dönüş təminatı verir.

Məqalədə deyilir ki, Türkiyəyə gedə bilməyən türkmənlər son aylarda bunun əvəzində Azərbaycana gəlib çatmağa çalışırlar. İş axtarışında qonşu Özbəkistan və Qazaxıstana gedənlər də az deyil.

İndi İstanbulda yaşayan bir türkmən AzadlıqRadiosuna deyib: “Türkmənistanı tərk etmək üçün bir neçə cəhdimiz baş tutmayandan və yerli məmurların istədiyi rüşvəti verə bilməyəndə başqa yollar axtardıq. Bir qismimiz Özbəkistana, başqa qismimiz isə Özbəkistana keçə bildi. Oradan İstanbula uçduq”.

Müsahibə verən şəxs deyib ki, Özbəkistan və Qazaxıstan sərhədindən keçmələri üçün araçılar adambaşına 300 dollar alırlar:

“Biz daha Türkmənistana qayıdan deyilik, orada normal həyat yoxdur”.

Bu arada Türkmənistan hökuməti nəinki ölkədən çıxmaq istəyənlərin qarşısını alır, hətta artıq ölkədən çıxıb gedənləri qaytarmaq üçün müxtəlif vasitələrə əl atır.

Onların ölkədə qalan qohumlarına təzyiqlər edilir.

Qayıtmaq istəməyənlər barədə cinayət işləri qaldırılır. Bunların əksəriyyəti gənclər olduğu üçün onları ordu xidmətindən yayınmaqda ittiham edirlər.

Hərbi mükəlləfiyyətini başa vuranlardan isə xaricə gedərkən orada yalnız təhsil alacaqları və işləməyəcəkləri barədə yazılı iltizam alınır.

AzadlıqRadiosunun müxbiri yazır ki, hətta bu hədə-qorxular da türkmənləri vətənə qayıtmağa vadar edə bilmir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ