20:35 - Selcana dəstək Azərbaycanın gələcəyinə dəstəkdir
20:33 - Kubada Castro ailəsinin hakimiyyəti sona çatır
20:31 - 9 sığorta şirkəti tənəzzüldə
20:29 - Azərbaycan Gürcüstandan mal-qara idxalını 3 dəfə artırıb
20:25 - Mirşahinin həbsdə olan qardaşına “yox” deyildi
20:23 - Ziya Məmmədov Türkiyədə «dev» media layihəsinə başlayır
20:21 - ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilər
20:19 - İlham Əliyev Ermənistana baxıb utandımı?
20:15 - Tramp: “Rusiyaya yeni sanksiyalar tezliklə qoyulacaq”
20:13 - Rusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşəcəklər
20:10 - Yük olub qalmayım belində dünya
20:07 - ABŞ Çini on minlərlə uyğuru həbsdə ittiham edir
20:05 - Cəlilabadda məktəbli intihar edib
20:03 - Tovuzda 2-ci qrup əlil özünü asdı
20:00 - Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin tarixi açıqlandı
ABŞ sanksiyaları Deripaskanı “çökdürür”
Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın son sanksiyalarını qəbuledilməz adlandırıb və hökumətə bu sanksiyalara cavab tədbirlərinin, habelə sanksiyalara məruz qalmış Rusiya şirkətlərinin müdafiəsinin layihəsini hazırlamağı tapşırıb.
Medvedev bu barədə bəyanatı aprelin 9-da Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik rəsmilərinə, siyasətçilərinə və şəxsən Vladimir Putinə yaxın maqnatlara aktivlərin dondurulması və maliyyə məhdudiyyətlərini elan edəndən üç gün sonra verib.
ABŞ hökuməti bildirir ki, sanksiyalar “Rusiyanın qlobal miqyasda ziyanlı fəaliyyətinə” cavab olaraq elan edilib.
Rusiyaya qarşı sanksiyalar 2017-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanuna əsasən qoyulub. Donald Trump bu qanundan narazı olsa da onu imzalayıb.
Ötən yanvar ayında ABŞ administrasiyası Konqresin təzyiqi alrtında sanksiyalara hədəf olacaq “oliqarxların siyahısını” dərc edib.
AzadlıqRadiosu xəbər verir ki, ABŞ sanksiyaları nəticəsində Rusiyanın alüminium nəhəngi Rusalın səhm qiymətləri kəskin düşüb. Bu şirkətin şəriklərindən biri də oliqarx Oleq Deripaskadır. Şirkət mümkün borc defoltuna düşəcəyi barədə xəbərdarlıq edib.
London birjasında Deripaskanın səhmləri 25 faizədək ucuzlaşıb.
Bu təsbirlər nəticəsində Rusiya rubluna da ziyan dəyib.
Bu arada Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç hökuməti ABŞ sanksiyalarının zərbəsinə məruz qalmış Rusiya şçirkətlərini müdafiə etməyə çağırıb.
ABŞ Maliyyə Nazirliyi milyarder Deripaskaya bağlı Rusal və digər Rusiya şirkətlərini sanksiyalanan 12 şirkətin siyahısına daxil edib.
Rusal Çin xaric dünyanın ən böyük alüminium istehsalçısıdır. Bu şirkət dünya alüminiumunun 7 faizini verir.
Deripaska ABŞ-ın sanksiyalar qoymaq qərarını “əsassız, axmaq və absurd” adlandırıb.
Rusiya ABŞ-ın aprelin 6-da elan edilmiş sanksiyalarına cavab reaksiyası verməyib, amma Rusiya XİN-in sözçüsü Mariya Zaxarova aprelin 9-da bəyan edib ki, cavab tədbirləri hazırlanır.