SON DƏQİQƏ

PressDent.Info

İsrail Əsədin aviabazasını vurdu

İsrail Əsədin aviabazasını vurdu
9-04-2018, 20:11 8352 dəfə baxılıb

Aprelin 9-da səhərə yaxın Suriyanın Homs əyalətindəki T-4 aviabazasına güclü raket zərbələri endirilib. Suriyanın rəsmi SANA agentliyi Hava Hücumundan Müdafiə qüvvələrinin bir neçə raketi vurduğunu bildirir. Lakin raketlərin hamısını vurmaq mümkün olmayıb və hücum nəticəsində Bəşər Əsədin ordu qüvvələri itki verib. İtkilərin sayı açıqlanmır, amma hərbçilər arasında ölən və yaralananların olduğu bildirilir.

Rusiya Müdafiə nazirliyi aviabazanı İsrailin vurduğunu bəyan edib və bu hadisəni cinayət kimi qiymətləndirib.
Aviabazaya endirilən zərbələr nəticəsində 14 nəfər həlak olub, onların içində İran vətəndaşlarının da olduğu bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ