SON DƏQİQƏ

PressDent.Info

ABŞ sanksiyalarına görə rusiyalı milyarderlər 12 milyard dollar itirib

ABŞ sanksiyalarına görə rusiyalı milyarderlər 12 milyard dollar itirib
9-04-2018, 19:56 6960 dəfə baxılıb

Ötən həftə ABŞ tərəfindən bir sıra rusiyalı oliqarxlara tətbiq olunan iqtisadi sanksiyalar nəticəsində rusiyalı milyarderlər maddi itkilərə məruz qalıb.

Bu barədə “Forbes” jurnalı yazıb.

Məlumata əsasən Rusiyanın 50 zəngin iş adamının ümumi itkisi 12 milyard dollar təşkil edib. “Forbes”un 2017-ci il üzrə reytinqinə əsasən 200 zəngin insan içərisində 23-cü yeri tutan Oleq Deripaska ən çox itirən biznesmendir. Onun “RusAl”, “En+ Group” şirkətləri sanksiyalardan ciddi zərər görüb və dəyərini xeyli itirib.

Sanksiya siyahısında olmamasına baxmayaraq, “Forbes” reytnqində 8-ci yerdə qərarlaşan Vladimir Potanin də ciddi itki ilə üzləşib.

Adı sanksiya siyahısında olan Viktor Vekselberq isə təxminən 1 milyard dollar itirib.

Xatırladaq ki, aprelin 6-da rəsmi Vaşinqton 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiya tətbiqinə başlayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ