SON DƏQİQƏ

PressDent.Info

Rusiyalı deputatlar Qarabağ separatçılarının tədbirində iştirak ediblər

Rusiyalı deputatlar Qarabağ separatçılarının tədbirində iştirak ediblər
6-04-2018, 19:03 21054 dəfə baxılıb

Dağlıq Qarabağdakı qondarma respublikanın “xarici işlər naziri” Masis Mailyan Moskvaya işgüzar səfəri çərçivəsində Ermənistanın səfirliyində separatçıların Qarabağın azadlıq hərəkatının 30 illiyi ilə bağlı tədbirə qatılıb.

PRESSDAY.az Ermənistan mediasına istinadən bildirir ki, o, çıxışında bu hərəkatın Dağlıq Qarabağdakı ermənilərin taleyinin həllində mühüm rolu olduğunu vurğulayıb.

Masis Mailyan Rusiya ziyalılarının ermənilərin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini qeyd edub, onların bu xidmətlərini minnətdarlıqla xatırladıb.

Tədbirdə Rusiya Dövlət Dumasının və Federasiya Şurasının deputatları, jurnalistlər, ekspertlər də iştirak ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ