SON DƏQİQƏ

PressDent.Info

Rusiya Britaniyanı hədələdi

Rusiya Britaniyanı hədələdi
6-04-2018, 18:57 13659 dəfə baxılıb

“The Independent” yazır ki, Rusiyanın BMT-dəki səfiri Britaniya rəsmilərinə Salisbury şəhərindəki ikili agentin kimyəvi qazla zəhərlənməsinə göstərdikləri sərt reaksiyaya görə onların odla oynadıqlarını söyləyib və peşman olacaqları ilə hədələyib.

Britaniyanın baş naziri Theresa May demişdi ki, keçmiş casus Sergey Skripala kimyəvi zəhər hücumunun arxasında Rusiyanın dayandığı “son dərəcə ehtimal olunur”.

Lakin Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya onun ittihamlarını “dəhşətli və əsassız” adlandırıb.

“Bundan daha yaxşı saxta əhvalat uydura bilməzdinizmi? – deyə Rusiya səfiri BMT Təhlükəsizlik Şurasının iclasında sual edib, – Biz öz britaniyalı həmkarlarımıza xəbərdarlıq etmişik ki, onlar odla oynayırlar və bundan peşman olacaqlar”.

Rusiya Təhlükəsizlik Şurasının iclasını Kimyəvi Silahların Qadağanı Təşkilatında keçirilmiş səsverməni uduzduqdan sonra çağırıb.

Rusiya bu təşkilatdan Salisbury insidenti ilə bağlı aparılacaq araşdırmaya Rusiya nümayəndəsinin də qatılmasına icazə verilməsini istəmişdi. Lakin Britaniya buna etiraz edirdi. Bunun ardınca keçirilən səsvermədə Rusiyanın təşəbbüsü keçməyib.

Britaniya rəsmiləri bildirirlər ki, keçmiş casus Skripal və onun qızı Yuliya 1990-cı illərdə SSRİ-də istehsal olunmuş Noviçok adlı kimyəvi maddə ilə zəhərlənib.

Sergey Skripal və qızı Yuliya66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya ötən bazar günü , martın 4-də Zizzi restoranı yaxınlığındakı skamyada huşsuz vəziyyətdə tapılıblar.

Cənab Nebenzya deyib ki, bu kimyəvi maddənin adı aşkar rusca olsa da, onu bir çox ölkələrdə istehsal ediblər.

Nebenzya habelə Britaniyanı Rusiyanı “gözdən salmaqda və legitimsizləşdirməkdə” ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovsa deyib ki, Rusiya öz nümayəndəsinin iştirak etmədiyi təhqiqatın nəticəsini qəbul edə bilməz.

“Biz özümüzün iştirak etmədiyimiz araşdırmanın nəticələrini əvvəlcədən qəbul edə bilmərik, – nazir deyib, – Biz istənilən ədalətli təhqiqatın nəticələrini qəbul edə bilərik, amma fırıldaqçılıqla təşkil olunmuş nəticələri yox”.

Britaniyanın BMT-dəki səfiri Karen Pierce Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, onun fikrincə Moskva Kimyəvi Silahların Qadağanı təşkilatının təhqiqatını tanımamaq üçün indidən əsas yaratmağa çalışır.

ABŞ-ın BMT-dəki səfirinin müavini Kelley Currie britaniyalı həmkarına dəstək verərək bildirib ki, Birləşmiş Ştatlar Britaniya torpağında törədilmiş kimyəvi hücumun arxasında Rusiyanın dayanmasına qəti əmindir.

ABŞ Britaniya ilə həmrəylik ruhunda ötən həftə Rusiyanın Birləşmiş Ştatlardakı 60 diplomatını ölkədən qovub.

Ümumilikdə isə Qərb müttəfiqləri 150-dən artıq Rusiya diplomatını persona non grata elan edib.

Cümə axşamı Sergey Skripalın qızı Yulia zəhərlənmədən özünə gəldikdən sonra ilk dəfə açıqlama ilə çıxış edib. O deyib ki, səhhəti hər gün bir qədər yaxşılaşır. Onun atası hələlik komada qalır.

Rusiya hazırda Skripallara konsulluq xidməti vasitəsilə çıxış tapmağa səylər göstərir.

Xanım Pierce deyib ki, Rusiya səfirliyinin təklifi Yuliya Skripala çatdırılıb və indi qərar onun özününkü olmalıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ