SON DƏQİQƏ

PressDent.Info

Moskvada ticarət mərkəzində yanğın; 1 nəfər ölüb

Moskvada ticarət mərkəzində yanğın; 1 nəfər ölüb
4-04-2018, 21:09 6525 dəfə baxılıb

Moskvada uşaq malları satılan ticarət mərkəzində yanğın olub, bir nəfər həlak olub, 100-dən çox adam evakuasiya edilib. Rusiya mediası yanğının üst mərtəbələrin birinin anbarında başladığını yazır.

TASS dövlət agentliyinə görə, yanğın aprelin 4-də Persei Dlya Detei (Uşaqlar üçün Persey) ticarət mərkəzində baş verib.

Fövqəladə xidmət və yanğınsöndürmə rəsmiləri azı 115 nəfərin evakuasiya olunduğunu bildirir.

Yanğınsöndürənlər dördmərtəbəli, sahəsi 6 min kvadrat metr olan binada kimsənin qalıb-qalmadığını hələ də araşdırırlar 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ