SON DƏQİQƏ

PressDent.Info

Feysbuk Rusiyanın “troll fabriki” ni darmadağın etdi

Feysbuk Rusiyanın “troll fabriki” ni darmadağın etdi
4-04-2018, 20:51 7047 dəfə baxılıb

Facebook” sosial şəbəkəsi Rusiyanın Sankt-Peterburq şəhərində mənzillənmiş və Kremlə bağlı “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyinin trollarının hesablarını bloklayıb.

Bu barədə “Facebook”un sahibi Mark Zukerberq elan edib.

Həmin “trol fabrikinə” bağlı 270 “Facebook” hesabının bağlandığı açıqlanıb. Zukerberq deyib ki, həmin hesablar Rusiya “Facebook” istifadəçilərinə və onun qonşularına-Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələrdəki rusdilli insanlara təsir etməklə məşğul idi.

Bloklanmış hesabların hamısı İnternet Araşdırmaları Mərkəzi çərçivəsində işləyiblər. Bu mərkəz 2016-cı il prezident seçkiləri zamanı ABŞ seçicilərinin mövqeyinə təsir göstərib və saxta hesablar üzərindən Hillari Klintonun əleyhinə təbliğat aparıb.

Bildirilir ki, bloklanmış səhifələrin bir qismi Rusiya mediasına bağlı olub, amma İnternet Araşdırmaları Mərkəzinin nəzarətində fəaliyyət göstərib.

“Bu Rusiya agentliyi dəfələrlə aldadıcı fəaliyyət göstərib və ABŞ, Avropa və Rusiyada insanların mövqeyi ilə manipulyasiya etməyə çalışıb”-Zukerberq deyib. “Facebook” rəhbərinin bildirdiyinə görə bloklanmış səhifələrdən birinin 1 milyondan çox izləyicisi olub. Daha yarım milyon izləyicisi olan İnstagram səhifəsi də bloklananlar arasındadır.

Zukerberq deyib ki, “Facebook” istifadəçilərə bu və ya digər səhifənin İnternet Araşdırmaları Mərkəzi ilə bağlı olub-olmadığını müəyyən etməyə imkan verən xüsusi alət üzərində işləyir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ