SON DƏQİQƏ

PressDent.Info

Qəzza-İsrail gərginliyi: Netanyahu və Ərdoğan söz savaşına girib

Qəzza-İsrail gərginliyi: Netanyahu və Ərdoğan söz savaşına girib
2-04-2018, 20:58 12789 dəfə baxılıb

İsrail Baş naziri Benjamin Netanyahu və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Qəzza sərhədində ölümcül toqquşmalardan sonra söz savaşına giriblər.

Cümə günü İsrail əsgərlərinin zorakı nümayişçilərə atəş açmasından sonra 16 fələstinli öldürülüb.

Prezident Erdoğan şənbə günü Netanyahunu “terrorçu” olmaqda günahlandırıb.

Hadisə Netanyahunun Ankaranın “mənəviyyat dərslərini” rədd etməsindən və Türkiyəni xaricdəki hərəkatlarında mülki insanları bombalamaqda ittiham etməsindən sonra baş verib.

“Dünyanın ən əxlaqlı ordusu illərdir fərq qoymadan mülki insanları bombalayan birindən mənəviyyat dərsi alacaq deyil”, İsrail lideri Twitterdə yazıb.

“Görünür, onlar 1 Aprel gününü Ankarada belə qeyd edirlər”, Netanyahu 1 Aprel zarafat gününə istinadən deyib.

Prezident Erdoğan daha öncə İsraili “qeyri-insani hücumlarda” ittiham edib.

“Ey Netanyahu! Sən işğalçısan. Sən o torpaqlarda işğalçısan. Sən həm də terrorçusan”, cənab Erdoğan şənbə günü öz çıxışında bildirib.

Cümə günü nə baş verib?

Cümə günü minlərlə fələstinli sərhəd yaxınlığında yürüş keçirib.

Nümayişçilərin çoxu çadır şəhərciklərində qalsa da, bəzi gənclər təşkilatçıların hasarlardan uzaq durmaq çağırışına məhəl qoymayıb və İsrail mövqelərinə yaxınlaşıb.

İsrail Müdafiə Qüvvələri zoraki nümayişçilərə qarşı benzin bombaları və daş atıldığını bildirib.

BMT yüzlərlə insanın yaralandığını deyir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ