SON DƏQİQƏ

PressDent.Info

Peru prezidenti rüşvətə görə istefaya gedir

Peru prezidenti rüşvətə görə istefaya gedir
24-03-2018, 17:56 9744 dəfə baxılıb

Peru konqresinin prezident Pedro Pablo Kuçinskinin istefasını qəbul etmək və vitse-prezident Martin Vizkarranın prezidentlik postuna gətirilməsi üçün cümə günü səs verməsi gözlənilir.

Vizkarranın cümə günü səhər saatlarında səfir kimi fəaliyyət göstərdiyi Kanadadan Peruya geri qayıdacaq.

O, prezident kimi Kuçinskinin müddətinin başa çatacağı 2021-ci ilin iyul ayına qədər xidmət etməyi planlaşdırır.

Kuçinskiya qarşı siyasi təzyiqlər bu həftə onun konsultasiya firmasının Peru da daxil olmaqla, Latın Amerikası ölkələrində rüşvət verməsini etiraf etməsindən sonra daha da artmışdı.

Kuçinski isə həmin firma ilə hər hansı biznes və ya siyasi bağlantısı olduğunu inkar edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ