SON DƏQİQƏ

PressDent.Info

Türkiyə və ABŞ prezidentləri telefonla danışıb

Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
24-03-2018, 13:50 7221 dəfə baxılıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə telefon danışıqları zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

“ Ərdoğan amerikalı həmkarı ilə iki dövlət arasındakı münasibətlər və regional məsələlər haqqında danışıblar” , – deyə Kalın bildirdi.

Təxmin olunur ki, Ərdoğan – Tramp danışıqlarının əsas mövzusu Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ