SON DƏQİQƏ

PressDent.Info

“Dünya liderləri” Putini təbrik edir

“Dünya liderləri” Putini təbrik edir
19-03-2018, 22:34 8961 dəfə baxılıb

Onların arasında Dodik də var

Rusiyada keçirilən prezident seçkisi gözlənildiyi nəticə ilə başa çatdı. Vladimir Putin yenidən prezidentliyini təmin elədi. Rusiya Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, Putin səslərin 77,61 faizini(55 milyon) qazanaraq qalib olub.

Yerli və beynəlxalq müşahidəçilərsə seçkinin total saxtakarlıqla keçdiyini bildirib. Sosial şəbəkələrdəsə səsvermə zamanı lentə alınan, qutulara bülleten doldurulmasını əks etdirən videolar yerləşdirilməkdədir.

Hakimiyyətə yaxın media qurumları artıq “dünya liderlərinin” təbriklərini yayır. Həmin “dünya liderləri” Putini parlaq qələbə münasibəti ilə təbrik edir.

Çindən Si Tszi Pin, Qazaxstandan Nursultan Nazarbayev, Venesueladan Nikolas Maduro, Kubadan Raul Kastro, Serbiya prezidenti Aleksandr Vuçiç, Boliviya prezidenti Evo Moralis, Abxaziya prezidenti Raul Xadjimba, Bosniya və Hersoqovina Respublikasının prezidenti Milorad Dodik Putini dünya miqyaslı tanınmış lider kimi son seçkidə qələbə münasibəti təbrik edir, prezidentliyinin növbəti 6 ilində uğurlar arzulayırlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ