SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Ərdoğan Afrini kürdlərdən alıb ərəblərə verəcəyini deyir

Ərdoğan Afrini kürdlərdən alıb ərəblərə verəcəyini deyir
16-03-2018, 21:57 9657 dəfə baxılıb

“The Telegraph” yazır ki, Türkiyə prezidenti Suriyanın Afrin anklavındakı mülki əhaliyə çıxış üçün “təhlükəsiz dəhliz” verildiyini bildirib.

Recep Tayyip Erdoğan deyib ki, Türkiyə qoşunları və onlara müttəfiq Suriya qiyamçıları 700 minlik əhalisi olan Afrini tezliklə tam blokadaya alacaq.

“Bütün lazımi tədbirlər görülüb. Hazırda ilk mülki şəxslər maşınlarla xüsusi dəhliz vasitəsilə çıxarılır” – prezident deyib.

Xəbər verilir ki, hazırda Afrindən çıxış üçün yeganə yol bombardman edilir.

Kürdlərin YPG qüvvələrinin nəzarətində olan Afrin şimaldan Türkiyə, cənubdan isə Suriya hökumətinin nəzarət etdiyi ərazilərlə həmsərhəddir.

Bu da xəbər verilir ki, Türkiyə qüvvələrinin zərbələri nəticəsində Afrinin cənub ətrafında onadək Suriya hökumət döyüşçüsü öldürülüb.

Bundan sonra Türkiyə qoşunlarının mövqeləri atəşə tutulub. Məqalədə deyilir ki, tərəflərin son hücum əməliyyatları Türkiyə qoşunları ilə Əsəd qüvvələrini birbaşa üz-üzə qoyur.

“The Telegraph” yazır ki, Türkiyə qoşunları indiyədək Afrinin kənd yerlərini ələ keçiriblər, amma əhalinin sıx yaşadığı əraziyə hücum mülki sakinlər arasında itkiləri xeyli artıra bilər.

Afrin, hərbi əməliyatlar, kürtlər, SuriyaBeynəlxalq Qırmızı Xaç bildirir ki, Afrindən dinc əhalinin hər hansı evakuasiyası yalnız humanitar qaydalar əsasında həyata keçirilə bilər

Afrinə hücum ərazidə minlərlə köçkünün yığılmasına, ərzaq və su çatışmazlığına səbəb olub.

Yerli sakin Azad Məhəmməd deyir ki, o, bir-iki çörək almaq üçün 8 saat gözləməli olub və axırda evinə əliboş qayıdıb.

Türkiyə qoşunları əsas su bəndini ələ keçirdikdən sonra Afrinin su təchizatı kəsilib.

Beynəlxalq Qırmızı Xaç bildirir ki, Afrindən dinc əhalinin hər hansı evakuasiyası yalnız humanitar qaydalar əsasında həyata keçirilə bilər.

Türkiyə “Zeytun budağı” kod adlı əməliyyata Afrini kürd YPG qüvvələrindən təmizləmək üçün başlayıb.

Erdoğan bundan əvvəl bildirmişdi ki, hazırda Türkiyə ərazisində olan 3 milyonadək qaçqın Afrində məskunlaşdırıla bilər, çünki “bu, qanuni ərəb torpaqlarıdır”.

2011-ci ildə Suriya münaqişəsi başlanandan bəri kürd YPG qüvvələri ölkənin şimalında üç muxtar bölgə yaradıblar. Bunlara müharibədən əvvəl əhalisinin əksəriyyətini kürdlərin təşkil etdiyi Afrin də daxildir.

Buna baxmayaraq, İŞİD-ə qarşı ABŞ-ın dəstəklədiyi kürd qüvvələr nəzarətlərində olan əraziləri genişləndiriblər.

Türkiyənin NATO müttəfiqləri indiyədək kürd qüvvələrinin fəaliyyətinə sakit yanaşıblar.

“Kürd YPG qüvvələri Raqqada İŞİD üzərində qələbə qazandığına görə alqışlanıb, lakin indi Türkiyə Afrinə hücum edərkən dünya susur” – Britaniyada mənzillənmiş Kürdüstan Həmrəyliyi Kampaniyasının rəhbəri Rosa Gilbert deyib.

BMT-nin vəzifəli müşaviri Jan Egeland deyib ki, Suriyada qiyamçıların əlində olan iki anklava görə genişmiqyaslı münaqişə təhlükəsi hələ də qalır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ