SON DƏQİQƏ

PressDent.Info

Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı meydana Nemtsovun adı verildi

Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı meydana Nemtsovun adı verildi
7-02-2018, 15:31 6264 dəfə baxılıb

Vaşinqtondakı Rusiya səfirliyinin qarşısındakı meydana rusiyalı mərhum müxalifətçi Boris Nemtsovun adı verilib.

İndən belə Wisconsin Avenue küçəsinin Rusiya səfirliyinin qarşısından keçən hissəsi Nemtsovun (Boris Nemtsov Plaza) adını daşıyacaq.

Bu barədə Azadlıq Radiosu Boris Nemtsov fondunun sədri Vladimir Kara-Murzaya istinadla xəbər verib.

Kara-Murza müvafiq qanun layihəsinin təsdiqləndiyini və artıq qüvvəyə mindiyini deyir.

Onun sözlərinə görə, rəsmi açılış mərasimi fevralın 27-nə, jurnalistin qətllə yetirilməsinin 3-cü ildönümünə təyin edilib.

Vaşinqton şəhər şurası yanvarın əvvəllərində yektilliklə qanun layihəsinin tezliklə qəbuluna səs vermişdi.

Bundan əvvəl sənədi “profil komitəsi” də dəstəkləmişdi.

 

Oxunub: 112

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ