SON DƏQİQƏ

PressDent.Info

Suriya kürdlərini ruslar da dəstəkləyir

Suriya kürdlərini ruslar da dəstəkləyir
17-01-2018, 19:56 11745 dəfə baxılıb

“Vice” jurnalı yazır ki, ABŞ və onun NATO müttəfiqi Türkiyə arasındakı münasibətlər Washington-un Suriya kürdlərinə dəstəyinə görə sınağa çəkilsə də, heç vaxt indiki qədər pis olmayıb.

Bazar ertəsi Erdoğan ABŞ-ın Suriyada “terror ordusu” yaratması ideyasına qarşı çıxıb və 30 minlik ordunu o hələ doğulmadan “boğmaqla” hədələyib.

Ankarada bir zavodda çıxış edən Türkiyə prezidenti deyib: “Müttəfiq adlandırdığımız bir ölkə bizim sərhədlərimizdə terror ordusu yaratmaq istəyir. O terror ordusunun hədəfi Türkiyədən başqa nə ola bilər? Bizim vəzifəmiz bu ordu heç doğulmadan onu boğmaqdır”.

Erdoğanın bu qəzəbli çıxışına ABŞ-ın bir gün əvvəl Suriyada əsasən kürdlərdən ibarət Sərhəd Təhlükəsizliyi Qüvvəsi yaradacağına dair planlarını açması olub.

Amerika bu qüvvələri kürd qüvvələrinin nəzarətində olan Fəratboyu ərazidə, İraq-Suriya sərhədi boyunca dislokasiya etməyi düşünür.

Anti-İŞİD koalisiyasının sözçüsü, ABŞ ordu polkovniki Ryan Dillon deyib ki, 30 minlik qüvvə əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin (SDQ) bazasında yaradılacaq.

Türkiyəni qane etməyən də məhz bu məqamdır. Ankara SDQ qüvvələrinin özəyini təşkil edən kürd Xalq Müdafiə Birliyi – YPG-ni PKK-nın bir qolu kimi görür. Türkiyə PKK-ya qarşı onilliklərdir ki, qanlı mübarizə aparıb.

“Bizin bütün müttəfiqlərimizə deyəcəyimiz budur: bizimlə terrorçu təşkilatlar arasına girməyin, yoxsa biz bunun nəticələri üçün heç bir məsuliyyət daşımayacağıq”, – Erdoğan deyib.

O əlavə edib ki, “Bizi terrorçularla bir yerdə olanları torpağa basdırmağa məcbur etməyin. Bizim əməliyyatımız sərhədlərimizdə nəinki 30 min, hətta bir terrorçu qalanadək davam edəcək”.

Belə görünür ki, Türkiyənin narahatlıqlarını azaltmağa çalışan ABŞ yaradılacaq qüvvələrin həm ərəblərdən, həm də kürdlərdən ibarət olacağını bəyan edib.

Amma bu Türkiyəni qətiyyən qane etmir. Ankara xəbərdarlıq edir ki, sözü gedən qüvvənin yaradılması Suriyanın ayrı-ayrı yerlərində qalan İŞİD döyüşçülərinin ləğv edilməsini əngəlləyə bilər.

“Vice” jurnalı yazır ki, Türkiyənin ABŞ-ın dəstəklədiyi qüvvəyə qarşı alovlu tənqidlərinə baxmayaraq, Ankarını ilk növbədə kürdlərin əlində olan Afrin şəhəri narahat edir.

Erdoğan bu Suriya şəhərinə tezliklə hücum edəcəyi barədə çox sayda hədələr səsləndirib. Suriyanın şimal-qərbində yerləşən Afrin kürdlərin nəzarətində olan əsas ərazidən aralıdadır.

Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası analitik-təhlil mərkəzindən Asli Aydıntaşbaş “Vice” jurnalına deyib ki, “Erdoğan həftənin yeddi günü hədələyir ki, “bugün-sabah gəlirik” və həqiqətən də sərhədin Afrinlə üzbəüz Türkiyə tərəfində nəzərəçarpacaq hərbi qüvvə cəmləşdirilib”.

Lakin kürdlər Afrini Rusiya qüvvələrinin dəstəyi ilə saxlayırlar. Bu məqam Türkiyənin bu əraziyə hücumu məsələsini qəlizləşdirir.

Sual Suriyada söz sahibi olan rusların buna necə reaksiya verəcəyindən ibarətdir?

“Real sual budur ki, ruslar nə deyəcəklər? – Aydıntaşbaş deyir.

Təhliçi sual edir ki, əgər Türkiyə Afrini “terrorçulardan təmizləmək” hədəsini icra etmək istəsə, bu o deməkdirmi ki, ruslar bu hərəkətə xeyir-dua veriblər? Yoxsa Türkiyə Rusiya və ABŞ-ın iradəsinə qarşı getməyi düşünür? Bizim bu suallara cavablarımız yoxdur”.

Aydıntaşbaş bu qənaətdədir ki, Erdoğanın hədələri ABŞ-ı bu məsələdə tərəddüd etdirə bilər.

Lakin Ankarada mənzillənmiş Türkiyə və Rusiya Tədqiqatları Mərkəzindən Aydın Sezer deyib ki, o , Washington-u kürdləri dəstəkləməkdən əl çəkməyə məcbur etməyin baş tutacağına inanmır.

Belə olduqda ABŞ-ın kürdlərə dəstək verməsi iki ölkə arsındakı qarşıdurmanı daha da gücləndirəcək. Bu vəziyyət Erdoğanı çəkindirmir, çünki onun Amerikaya hərbə-zorba gəlməsi, ona Türkiyə daxilində dəstəyi gücləndirmiş olur.

“Türkiyə və ABŞ arasında bu saat münasibətlərin yaxşı olduğu heç bir sahə yoxdur, – Aydın Sezer bildirir, – Radikallar ümumiyyətlə ABŞ-la diplomatik münasibətlərin kəsilməsinə çağırırlar, yəni bu dərəcyə qədər. Amma Erdoğan bu sayaq təzyiqdən xoşlanır”.

 

Oxunub: 574

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ