SON DƏQİQƏ

PressDent.Info

Argentinanın keçmiş prezidenti xəyanətdə ittiham olunur

Argentinanın keçmiş prezidenti xəyanətdə ittiham olunur
11-12-2017, 10:56 8004 dəfə baxılıb

Hakim Klaudio Bonadio Senatdan Argentinanın keçmiş prezidenti Cristina Fernandez de Kirchner hәbs edilәrәk “xәyanәt” ittihamı ilә dindirilmәsinә icazә verilmәsini istәyib.

Fernandesi xәyanәtdә ittiham edәn Bonadio millәt vәkillәrindәn keçmiş prezidentin toxunulmazlığını lәğv etmәlәrini tәlәb edib.

Eyni zamanda Bonadiotәrәfindәn Fernandesin kömәkçisi Karlos Zanni vә aktvist Luis D’Elia haqqında da eyni ittiham üzrә hәbs edilmә tәlәbi qoyulub.

2007-2015-ci illәrdә prezident vәzifәsini icra edәn Fernandes ölkәnin әn qanlı terror hücumunda İranın әli olduğu iddialarını ört-basdır etmәkdә ittiham olunaraq 27 oktyabrda hakim qarşısına çıxmışdı. Haqqındakı ittihamları qәbul etmәyәn Fernandes mәhkәmәyә müdafiәsini yazılı şәkildә tәqdim etmişdi.

Fernandes hökumәti 2013-cü ildә baş verәn terror hadisәsini araşdırmaq üçün İran ilә razılaşmışdı. Amma daha sonra bu razılaşma konstitusiya zidd hesab olunmuşdu.

Hadisәni araşdıran keçmiş prokuror Alberto Nisman Fernandesi mәhkәmәyә verdikdәn sonra 2015-ci ildә evindә ölü tapılmışdı. Nisman Fernandesin İran ilә imzaladığı razılaşmadan hadisәni törәdәn iranlıları qorumaq vә gizli şәkildә müzakirә etmәk üçün istifadә etdiyini iddia edirdi. Vәzifә müddәt 2015-ci ildә bitәn Fernandes daha sonra korrupsiyada ittiham edildi. Keçәn il isә haqqında korrupsiya ittihamı ilә cinayәt işi başlanmışdı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ