SON DƏQİQƏ

PressDent.Info

Səudiyyədən xəbərdarlıq: Qüds bəyanatı radikallar üçün “oksigen” olacaq

Səudiyyədən xəbərdarlıq: Qüds bəyanatı radikallar üçün “oksigen” olacaq
11-12-2017, 10:53 2175 dəfə baxılıb

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı radikal qruplar üçün “oksigen” olacaq. Belə bir bəyanatla nüfuzlu səudiyyəli şahzadə Türki Feysal əl-Səud Bəhreyndə təşkil edilmiş təhlükəsizlik konfransında çıxış edib.

Şahzadə 24 il ərzində Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin başçısı olub.

Konfransı izləyən BBC müxbiri xəbər verir ki, Qüds barədə ABŞ-ın qərarından sonra Körfəz ölkələrində cihadçı hərəkatların güclənəcəyindən narahatdırlar.

Bəhreyndə keçirilən Manama dialoqu forumu təhlükəsizlik məsələlərinə həsr olunub. Konfransda ABŞ-ın BMT-dəki nümayəndəsi də çıxış etməli idi. Lakin o foruma qatılmayıb.

Cümə günü BMT Təhlükəsizlik Şurasında çıxış edən Nikki Haley deyib ki, “ABŞ aydın olan bir şeyi tanıyır: Qüds İsrailin paytaxtıdır”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ