SON DƏQİQƏ

PressDent.Info

Rusiya Ermənistana görə Azərbaycanı hədələdi

Rusiya Ermənistana görə Azərbaycanı hədələdi
9-10-2017, 14:42 5481 dəfə baxılıb

Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-nın ali orqanı qərar qəbul etsə, qurumun 20 minlik cəld reaksiya qüvvələri Ermənistana hərbi kömək etməyə hazır olacaq”.
Bunu oktyabrın 8-də jurnalistlərə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”(KTMT) birləşmiş qərargahının rəisi Anatoly Sidorov deyib.

General-polkovnik blokun hərbi təlimlərində iştirak etmək üçün Ermənistana gedib.

Sidorov deyib ki, bütün dünya bilir ki, Dağlıq Qarabağ problemini hələ də sülh yolu ilə həll etmək mümkün olmayıb, o ki qaldı KTMT qüvvələrinə, onlar təşkilata üzv ölkələrin suverenlik və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulub.

“Allah eləməsin, bu dövlətlərdən birinə real kömək lazım gəlsə, kollektiv qüvvələr köməyə hazır olacaq”, Sidorov deyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ