SON DƏQİQƏ

PressDent.Info

Səudiyyədə qadın beynindən danışan şeyxi cəzalandırdılar

Səudiyyədə qadın beynindən danışan şeyxi cəzalandırdılar
25-09-2017, 12:48 5394 dəfə baxılıb

“The Observer” yazır ki, Səudiyyə Ərəbistanında ruhani xadimlərdən biri qadınların beyni haqqında aşağılayıcı fikirlər söylədiyi üçün dini fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Saad əl-Hicri deyib ki, qadınlara avtomobil sürmək icazəsi verilə bilməz, çünki onlar alış-verişə gedəndə beyinləri əriyib kişi beyninin dördə biri qədərinə bərabər olur.

Səudiyyə Ərəbistanın Assir vilayətində fətva başçısı olan Saad əl-Hicriyə bütün dini fəaliyyət növləri qadağan edilib.

Hökumətin qadınların işçi qüvvəsi kimi rolunun artırılmasına dair böyük ambisiyalarına baxmayaraq, bu ölkədə maşın sürmək qadınlar üçün hələ də qadağan olaraq qalır.

Supermühafizəkar ölkə olan krallıqda qadınlara qarşı ən sərt qanunlar qüvvədədir. Onlar uzun qara əba geyinmək, başlarını örtmək və təhsil, səyahət və başqa fəaliyyətlər də daxil bütün hərəkətləri üçün ən yaxın kişi qohumunun razılığını almalıdırlar.

Bu həftə açıqlanmış bir videoda Əl-Hicri belə bir sual verirdi ki, əgər beyninin yalnız yarısı olan kişi sürücülük vəsiqəsi almaq üçün müraciət etsəydi, nəqliyyat nazirliyi nə edərdi?

“Vəsiqə verərdimi nazirlik həmin kişiyə? Əlbəttə yox. Yaxşı bəs qadın necə maşın sürmək istəyə bilər, axı onun beyninin yarısı yoxdur” – demişdi şeyx.

“Qadın alış-verişə, dükan-bazara gedəndə beyninin o biri yarısını da itirir. Nə qalır onda? Çərək beyin? Biz tələb edirik ki, nəqliyyat nazirliyi qadınlara sürücülük lisenziyası vermək istəsə, onların beyinlərini yoxlasın” – deyə əlavə edib Hicri.

Şeyxin bu sözləri Səudiyyədə son dərəcə populyar olan sosial mediada böyük hiddət dalğası doğurub.

Twitter istifadəçiləri bu videonu ərəbcə “Əl-Hicri-qadın-çərək-beyin” heşteqi ilə paylaşarkən ona tənqidi qeydlərini və zarafatlarını da qoşublar.

Bu heşteqdən 24 saat ərzində 119 min dəfə istifadə edilib.

Bəzi istifadəçilər tvitlərinə Səudiyyədən olan qadın alimlərin şəkillərini qoşmuş və Hicrinin öz beyninin tutumunu sual etmişdilər.

Lakin sosial mediada Əl-Hicrini dəstəkləyənlər də vardı. Onlar “Əl-Hicri qadınların əleyhinə yox, xeyrinə danışır” heşteqindən istifadə edirdilər və bu heşteqdən 20 min dəfə istifadə olunmuşdu.

Əyalət valisinin sözçüsü deyib ki, Əl-Hicrinin dini fəaliyyətinin qadağan edilməsi onun təfriqə salan və millətə heç bir xeyir gətirməyəən qeydləri ilə əlaqədardır.

“The Observer” yazır ki, son vaxtlar ölkəni modernləşdirməyə çalışan hakimiyyətlə geriçi ruhanilərin arasında gərginliklər yaranıb.

Səudiyyədə bəzi ruhanilərin milyonlarla izləyicisi var.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ